Sosial
09.11.2023 / 14:00
Bu il Azərbaycanda 41 min nəfərə əlillik təyin edilib
36204
Yanvar-oktyabr aylarında 41,3 min şəxsə əlillik təyin edilib, 69,8 min şəxsə reabilitasiya xidməti göstərilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-oktyabr aylarında 41,3 min şəxsə əlillik təyin edilib.
Onlardan 20,5 mininə ilkin, 20,8 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.
Qeyd olunan dövrdə Agentliyin reabilitasiya müəssisələrində 69,8 min şəxsə reabilitasiya xidmətləri göstərilib.
©Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay