Bakıda yeni metrostansiyanın çıxışının tikintisinə başlanılacaq
Nəsimi rayonu, C. Məmmədquluzadə küçəsində inşa olunan şərti adı "B04" metrostansiyasının tikintisi başa çatdıqdan sonra 15000 m² yaşıllıq sahəsinin salınması planlaşdırılır.
Valyuta.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə "Bakı Metropoliteni" QSC-nin Perspektiv inkişaf və əsaslı tikintiyə nəzarət departamentinin rəis müavini Nişat Həmidov deyib. O bildirib ki, sahədə 400-ə yaxın kol bitkisi, 200-a yaxın ağac, 300-ə yaxın mövsumi güllərin əkilməsi, ümumilikdə 15000 m² yaşıllıq sahəsinin salınması planlaşdırılır.
"Yaxın zamanda "B04" stansiyasının 4 çıxışının tikintisinə başlanılacaq. Həmin stansiyanın 2 çıxışında ağacların köçürülməsi ilə bağlı layihə hazırlanıb", - deyə o qeyd edib.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay