İki nəhəng texnologiya şirkətinin rəhbəri qohum çıxdı
Aparıcı texnologiya firmaları "Nvidia" və AMD-nin baş direktorları təkcə süni intellekt çipi sənayesinin ən güclü insanları deyil, həm də eyni ailənin bir hissəsidir.
Valyuta.az xəbər verir ki, bu barədə "CNN Business" məlumat yayıb. Xəbərdə "Nvidia"nın baş direktoru Yensen Huanq və AMD-nin müdiri Lisa Sunun köklərinin Tayvanda olan bir ailədən gəldiyi bildirir. Bu qohumluq ilk dəfə 2020-ci ildə Su tərəfindən etiraf edilib. O həmin il baş tutan İstehlakçı Texnologiyaları Assosiasiyasının tədbirində uzaq qohum olduqlarını etiraf edib. Onların qohumluq əlaqəsi bu yaxınlarda tayvanlı şəcərəşünas və jurnalist Gene Vu tərəfindən də təsdiqlənib. İctimai qeydləri, qəzet səhifələrini və kitabları araşdıran Vu, hər iki texnologiya şirkətinin rəhbəri arasında qohumluq əlaqəsininin olduğunu dəqiq aşkar edib. Hətta, jurnalist Huanqın yaxın ailə üzvündən də müsahibə alıb.
Məlumatlara görə, Su Huanqın əmisi nəvəsidir. "Nvidia"nın sözçüsü Sunun ana tərəfdən uzaq əmisi oğludur. Ancaq hər iki rəhbər məsələ ilə bağlı ictimaiyyətə açıqlama verməyib. Digər tərəfdən, iki texnologiya patronunun birlikdə böyümədiyi bildirilir. Bu, iki şirkət arasında getdikcə gərginləşən rəqabət baxımından bir üstünlük hesab olunur. İddiaya görə, Su və Huanq altı yaş fərqlə doğulublar və hazırda Tayvanda müalicə müalicə alırlar.
Avadanlıq istehsalında uzun bir tarixə malik olan Tayvan son vaxtlar ABŞ və Çin arasında getdikcə qızışan texnologiya və ticarət müharibələrində qaynar nöqtəyə çevrilib. ABŞ və müttəfiq ölkələr Çinə qarşı embarqo tətbiq edərkən, Tayvanda yerləşən TSMC dünyanın ən böyük çip istehsalçısıdır.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay