
“Xaliq Faiqoğlu” şirkəti cərimələnə bilər
“Xaliq Faiqoğlu” MMC barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham olunur. İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib və hakim Aynurə Sadıqovanın icraatına verilib.
347-ci maddəyə görə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir. “Xaliq Faiqoğlu” MMC sərnişindaşıma sahəsində fəaliyyət göstərən tanınmış şirkətdir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay