BAKU Azərbaycan
18.03°C
  • USD
    1.7
  • EUR
    1.9216
  • RUB
    2.0775
  • TRY
    0.0441
  • GBP
    2.2624
36012

Son vaxtlar Azərbaycanın istehlak bazarında qəribə təzadlılıq müşahidə olunur. Bu da özünü əsasən bir-biri ilə əlaqəli olan ərzaq və kənd təsərrüfatı məhsullarında göstərir.

Belə ki, bir neçə gündür mal və qoyun ətlərinin qiymətində artım var. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin avqustundan indiyədək mal əti 19-20 faiz bahalaşıb.

Ötən il kiloqramı 11-13 manata təklif olunan mal əti bu il 14-16 manat, qoyun əti isə 17-19 manatdır. Sürətli bahalaşma çəkilmiş mal əti, eləcə də qoyun ətində də baş verib. Ancaq ətdən hazırlanan kolbasa və sosiska məhsulları xeyli ucuzlaşıb.

Bu paradoksallıq taxıl-un, süd və digər məhsullarda da özünü büruzə verir.

Mövzu ilə bağlı Bizim.media-ya açıqlama verən Milli Məclisin deputatı, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, sözügedən vəziyyətin təəccüb doğurduğunu bildirib.

Komitə sədri, bununla bağlı araşdırmaların aparılmasına ciddi ehtiyacın olduğunu dilə gətirib:

“Bu gün ət bahalaşır, amma ondan hazırlanan məhsullar ucuzlaşır. Un ucuzlaşır, amma çörək və digər məmulatlar bahalaşır, yaxud da əksi baş verir. Mən bunu normal hal hesab etmirəm”.

Ətdən hazırlanan kolbasa və digər məhsulların ucuz olmasına gəlincə, deputat bunu, həmin məhsulların tərkibinə əlavə edilən qatqılarla əlaqələndirib:

“Bəllidir ki, kolbasa və sosiska sırf ətdən hazırlanmır. Onların tərkibinə çoxlu sayda nişastalar, dadlandırıcılar və digər qatqılar əlavə edilir. Bu da həmin məhsulların qiymətinə təsir edir. Yaxud da, ola bilər ki, istehsal qaydalarına düzgün əməl olunmur və başqa proseslər həyata keçirilir”.

Deputat vurğulayıb ki, əgər bu gün dünya üzrə ərzaq qiymətlərində bahalaşma müşahidə olunursa, bu, bizdə normal hesab olunmalıdır:

“Ona görə ki, Azərbaycan dünyanın bir çox ölkələri ilə iqtisadi və ticarət əlaqələrə malikdir. Bu da istər-istəməz yaşayış tərzimizə və istehlak bazarımıza öz təsirini göstərir”.

İqtisadçı-ekspert Akif Nəsirli isə son illər Azərbaycanın istehlak bazarında saxta məhsulların daha geniş yayıldığını bildirib:

“Bu baxımdan götürsək, Azərbaycanda kolbasa və sosiska məhsulları çox keyfiyyətsiz ətdən hazırlanır. İstehsalçılar əslində məhsulu keyfiyyətsiz etməklə maya dəyərini aşağı salmağa çalışırlar ki, bu da qiyməti ucuzlaşdırmağa imkan verir. Reallıq odur ki, bazarda quzu əti 18 manatdan, dana əti 15 manatdan satılır. Əgər kolbasa və sosiska məhsulları məhz bu ətlərdən hazırlanarsa, o zaman onlar da baha qiymətə satılacaq”.

Unun və çörəyin qiymətlərinə gəlincə, ekspert mühüm bir faktı diqqətə çatdırıb:

“Apardığım hesablamalara görə, 650 qramlıq çörəyin maya dəyəri təxminən 28 qəpiyə başa gəlir. Ancaq istehsalçılar 60 qəpiyə satırlar ki, bunun da 50 faizi istehsalçının mənfəəti olur. Bir neçə gün əvvəl qiyməti beş qəpik endirdilər. İstehsalçılar bunu etməklə, əslində əhali arasında müəyyən xal qazanmağa çalışdılar”.

Buğda qiymətlərində axırıncı iri sıçrayışlı artımın 2021-ci ilin yanvar ayında baş verdiyini xatırladan ekspertin sözlərinə görə, həmin vaxt 3-cü sort bir ton buğda 350 dollara satılıb:

“Hazırda Rusiyadan aldığımız 3-cü sort buğda 230 dollara, 4-cü sort 215-220 dollara başa gəlir. Bir sözlə, hər tonda 120-130 dollar ucuzlaşma var ki, bu da təxminən 30 faiz edir. Çörəyin hazırlanmasında istifadə olunan xammal və yarımfabrikatların dəyəri 30 faiz, çörək isə cəmi 10 faiz ucuzlaşıb. Bir müddət əvvəl 40-50 kiloqramlıq un 40 manat, indi isə 25-26 manatdır. Bunun fonunda çörəyin cəmi beş qəpik ucuzlaşması elə böyük əhəmiyyət kəsb etmir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Samsung”un Azərbaycanın mobil cihaz bazarındakı payı azalıb

Yarım milyard manatlıq kibercinayətlə bağlı məhkəmədə: Ofisdə aşkarlanan 700 min dollar pul bacıma aid idi

Bu dərmanlar pulsuz olacaq

Bakının bu rayonunda işıqlar kəsiləcək

Müəllimlərin vakansiya seçimi prosesi uzadıldı

Azərbaycanda kimlərə pulsuz ev verilə bilər?

Azərbaycanda kimlərə pulsuz ev verilə bilər?

Qərar dəyişdi - Yeni hava limanından sərnişindaşıma üçün də istifadə olunacaq

“Konsultasiya istəyirlər, amma dəyişmək istəmirlər” - Effektiv yol odur ki…

Bakının ən yaxşı məktəbləri - Siyahı açıqlandı

Azərbaycanda məhkəmə sədri özü barəsində qərar QƏBUL etdi

Sabahdan Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlayır

Bu gündən "Skype" platformasının fəaliyyəti dayandırılıb

"Veysəloğlu" Şirkətlər Qrupunda yeni TƏYİNAT

"Veysəloğlu" Şirkətlər Qrupunda yeni TƏYİNAT

Suraxanı Bazarı səhmdarlarına dividend ödəyəcək

Şuşada ən çox hansı ölkələrdən gələn turistlər qalıb? - Siyahı

Belarusun Baş naziri Azərbaycana gəlir

"70 manat göndərin sizə 5 min kredit verək” – Dələduzların növbəti oyunu

Rubl manata qarşı ucuzlaşdı

"Bitcoin" və altcoin qiymətlərində enmə müşahidə olunur

Vərdişlər həyatımızı necə dəyişdirir? - SƏHƏR OXUSU

Bakıda binada yaşayış ola-ola növbəti söküntü - VİDEO

Kartla ödəniş edəndə niyə daha çox pul xərcləyirik? –“Cashless effect”in təsiri

Kartdan oğurlanan pulları geri qaytarmaq mümkündür - Hansı addımları atmaq lazımdır?

Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Az bal toplayan tələbələr təhsil aldıqdan sonra iş tapa bilirlər?

Milyarder Trampın ticarət siyasətini tənqid etdi

Rəsmi servis, yoxsa "ölüxana"? - Sürücülərə aldanmamaq üçün məsləhətlər

DİN-dən kiberdələduzlarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Yəqin özlərinə iş tapa bilmirlər - Deputatdan dil imtahanına əsəbi REAKSİYA

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin