"Niyə uşağın yaşayış minimumunu tam şəkildə kişi ödəməlidir?" - Ekspert
"Bu praktikada o zaman aktual olur ki, qadın ərindən boşananda tələb etdiyi aliment yaşayış minumum həddində kəsilir. Niyə uşağın yaşayış minimumu tam şəkildə kişi ödəməlidir? Yarı-yarı bölsünlər".
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov gələn ildə ehtiyac meyarı yaşayış minimumuna çatdırılması ilə bağlı danışarkən deyib.
Əkrəm Həsənov hesab edir ki, bu göstəricilər heç nəyi həll etmir:
"Dövlət bu pulu hər kəsə verir? Yaxşı olar ki, dövlət orqanları bu məsələni həll etsinlər. Praktiki əhəmiyyətini hiss edək ki, dövlət bunu hər il müəyyən edəndən sonra nə baş verir. Vətəndaşın borcu var, ya əmək haqqı, ya da pensiya alır. Onun yarısını tuturlar. Hətta onda qalan hissəsi yaşayış minimumdan, ehtiyac meyarından aşağı olduqda belə. Belə olanda vətəndaş neyləməlidir? Hətta bu halda yaşayış minimumu, ehtiyac meyarı istifadə olunmur. Onda bu meyar kimə lazımdır. Yaxşı olar ki, dövlət orqanları bu məsələyə baxınlar”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay