Səhiyyə
03.11.2023 / 19:20
Ailə Həkimi Klinikası cərimələnə bilər
35900
Ailə Həkimi Klinikası barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, klinika İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Nərminə Rzayeva iş üzrə hakim təyin edilib.
389-cu maddədə 300 manatdan 500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Ailə Həkimi Klinikası Suraxanıda fəaliyyət göstərir. Klinika 2012-ci ildə təsis edilib. Klinikanın qanuni təmsilçisi Məmmədli Cavid Alik oğludur.
Ailə Həkimi Klinikası ambulator xidmət göstərir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay