Marşrutlarda məsafə və zamana görə gediş haqqı tətbiq oluna bilərmi? (ŞƏRH)
Artıq dünyanın hər yerində, hətta şəhərdaxili marşrutlarda belə məsafəyə və zamana görə gediş haqları müəyyən olunur. Avropanın bəzi ölkələrində bütün nəqliyyat növləri üçün həm bir saatlıq, həm də bir illik biletlər satılır. Azərbaycanda isə hələ də birdəfəlik gediş haqqının həm maya dəyəri hesablanır, həm də bunun üzərindən müzakirə aparılır.
İqtisadçı ekspert Fuad İbrahimov Valyuta.az-a açıqlamasında bildirib ki, hələlik Bakı şəhəri üçün şəhərdaxili marşrutlarda məsafə və zamana görə gediş haqqı tətbiqinin vaxtı yetişməyib:
“Azərbaycanda da şəhərlərarası avtobuslarda hər kilometr məsafəyə uyğun tarif var. Amma şəhərdaxili marşrutlarda bu proses hələlik nəzərə alınmayıb. Nəzərə almalıyıq ki, Bakı şəhərinin infrastrukturu Nyu-York, Mexiko, Moskva kimi meqapolislərdən xeyli balacadır. Düzdür, Bakı şəhəri də meqapolislərə aiddir. Amma hələ ki, böyük meqapolislərdən geri qalır. Bu mənada həcm baxımından paytaxtımızın ictimai nəqliyyatında məsafəyə və zamana görə gediş haqları tətbiqinin effekt verəcəyini zənn etmirəm. Yaxın məsafəyə gedən insanların gediş haqqı ucuz olarsa, bu əlbəttə ki, vətəndaşların nəqliyyatdan istifadə etməsini stimullaşdıracaq. Amma eyni zamanda, bu proses uzaq məsafə qət edənlərin ziyanına işləyəcək. Nə zamansa, metrostansiyaların sayının artırılması, yeni qəsəbələrin şəhərə inteqrasiyasından sonra, paytaxt Bakı ilə bağlı da bu məsələyə baxıla bilər. Hazırkı məqamda isə birinci dərəcəli vacib məsələ deyil”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay