Sosial
30.10.2023 / 13:55
Azərbaycanda pensiya sisteminin dayanıqlığı gücləndiriləcək
35499
Azərbaycanda bütün vətəndaşlar üçün əhatəli sosial müdafiə sistemi qurulacaq.
Valyuta.az-ın məlumatına görə, bu barədə 2024-2027-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının əsas prioritetlərində deyilir.
Qeyd edilib ki, təqaüdçülər üçün effektiv yığım, aztəminatlı əhali qrupu üçün zəruri ehtiyacların ödənilməsi və əlillər üçün sosial yardımların əlçatanlığı artırılacaq. Pensiya sisteminin dayanıqlığı gücləndiriləcək, sosial sığortanın tətbiqi genişləndiriləcək.
Hamı üçün bərabər iştirak imkanı yaradan sosial təminat və xidmətlər sistemi inkişaf etdiriləcək. Minimum pensiya məbləği minumum əməkhaqqı səviyyəsinin 75-80%-də saxlanılacaq.
© Trend
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay