BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
35404

Azərbaycanın bu ilin yanvar-sentyabr aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxalı 199,7 milyon dollar dəyərində olub. Bu da son 5 ilin ən yüksək səviyyəsidir. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,6 milyon dollar çoxdur. 

Ölkənin ilbəil idxal etdiyi şəkərin həcminin artmasının səbəbi nədir?

Valyuta.az məsələni Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli ilə müzakirə edib. 

Akif Nəsirli deyib ki, bu sahədə problem şəkərin xammalı ilə bağlıdır:

"Azərbaycandakı şəkər zavodu kifayət qədər gücə malikdir. Hətta ilin əvvəlində biz xeyli miqadarda şəkər də ixrac etmişdik. Biz necə olur ki, həm şəkəri idxal, həm də ixrac edirik. "Azərsun"un İmişlidəki şəkər zavodunun gücü kifayət qədər böyükdür və ölkəni şəkərlə təmin edə bilər və ixrac potensialı yarada bilər. Lakin burda problem şəkərin xammalındadır. Xammalı təmin edə bilmirlər. Zavod öz işini günün tələbləri səviyyəsində qura bilmir. 5-6 il bundan əvvəl Aran rayonlarında şəkər çuğunduru istehsalına başlanıldı. Fermerlər kifayət qədər şəkər çuğunduru istehsal etdilər, təhvil verdilər. Bir neçə illik hesab zamanı fermerləri zavod süründürdü. Onların gah pulunu vermədi, gah fermerlərin verdikləri məhsulu süni şəkildə aşağı sort kimi qəbul etdi. Hər vəchlə sahibkarlara ziyan vuraraq sarsıtdı. Belə olan halda fermerlər də çuğundur əkməkdən bezdilər. Bununla da həmin zavodun yerli xammal istehsalı məhdudlaşdı".

Akif Nəsirli əlavə edib ki, bu gün şirkət nə qədər çuğundur əkə bilirsə, zavodu o qədər xammalla təmin olunur:
 
"Qalan hissə isə xaricdən idxal olunur. Əgər biz dəqiq hesablamalar aparsaq, görərik ki, Azərbaycanda istehsal olunan şəkərin xammalının yarıdan çoxu yarımfabrikat şəkilində idxal olunur. Ölkənin daxilində həmin zavodun tələbatı qədər xammal istehsal edilməsi mümkün olsa, Azərbaycan öz tələbatından 1000-3000 ton, bəlkə də dah çox şəkər istehsal edə bilər. Ölkənin ümumi tələbatı 160-170 min tondur".

"Ölkədə pambıqçılıqla məşğul olan fermerlərə şərait yaradılır, bu şəraitdən şəkər çuğunduru əkini ilə məşğul olan fermerlərə də yaratmaq olar. Pambıqçılıqla məşğul olan fermerlərə toxum, aqroservis vasitələri, gübrələri verilir, bəs niyə şəkər çuğundurunun əkilməsi ilə məşğul olan fermerlərə bu güzəşt olunmur? Beyləqan, Ağcabədi, Ağdam, İmişli və s. rayonların bu sahə ilə məşğul olmaq üçün böyük potensialı var. Orda olan fermerlərə də bu sahə ilə məşğul olmaq üçün şərait yardılsa, ölkədə şəkər istehsalı artar", deyə ekspert əlavə edib.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda bu kağız sənəd ləğv edilir

Ən çox milyarder yetişdirən 10 biznes məktəbi - SİYAHI

"Xiaomi" çip dizaynına 6,9 milyard dollarlıq sərmayə qoyacaq

Bağçalara qəbulda növbələrin yaradılması dayandırılır

Azərbaycanda mirasla bağlı qanun dəyişir

Dövlət büdcəsindən müxtəlif xəstəliklərin müalicəsinə 303,4 milyon vəsait ayrılacaq

Ötən il 33 milyon, bu il isə 35 milyonluq sifariş - Deputata məxsus olduğu deyilən şirkət yenə qalib seçildi

Azərbaycanda vərəsə miras açıldıqdan sonra ölərsə, onun pay almaq hüququ yaxınlarına ötürüləcək

Evləri plana düşən vətəndaşları sevindirəcək yenilik

Etibarlı parolu necə yaratmaq olar?

Bakıda gecə leysan yağacaq

Sahil Babayev dövlət vəsaitlərini niyə banklara yerləşdirir? - Rəsmi cavab

Sahil Babayev dövlət vəsaitlərini niyə banklara yerləşdirir? - Rəsmi cavab

Azərbaycanda bu şəxslər 600 manat alacaq

Azərbaycanda sabiq vəzifəli şəxsə elektron qolbaq taxıldı

Mərkəzi Bank “İnteraktiv statistik məlumat bazası”nı istifadəyə verdi

Azərbaycanda sürücülük vəsiqəsi lazım olmayacaq

Dələduzlar onların 15 min manatını kartlarından oğurladı

Rumıniyanın yeni prezidentinin adı məlum oldu

Bu maşınlar bahalaşdı

Şəhərin mərkəzində kofeşop satılır - QİYMƏT

ABŞ reytinqini aşağı salan “Moody's”ə inamsızlığını elan edib

Avro və rubl dəyər itirir - Günün məzənnəsi

Yağıntılı hava şəraiti otun qiymətinə təsir edib

Kriptovalyutaların qiyməti düşərkən, "Dogecoin"də artım oldu

İşdən çıxarılmaq qorxusu - Mütəxəssislər bu narahatlığın 5 əsas səbəbini açıqladı - SƏHƏR OXUSU

İşdə tənqidlə qarşılaşdıqda necə davranmalıyıq?

TEKNOFEST-in AZƏRBAYCANLI fatehləri - Tələbələrimizin uğur hekayəsi

Biləsuvarda işdən çıxarılan müavin direktoru məhkəməyə verdi

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin