BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
35397

Azərbaycanda işçilərin maaşları sovet dövründə olduğu kimi aylıq əmək haqqı sistemi çərçivəsində ödənilir. Bu fonda bəzi ekspertlər düşünür ki, artıq ölkəmizdə də bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, saat hesabı əmək haqqı sisteminə keçilməlidir. 

Qeyd edək ki, hazırda Azərbaycanda orta nominal (vergi, sosial ödənişlər, üzvlük haqları tutulmazdan öncə) əmək haqqı 923 manatdır. 

Valyuta.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov bildirib ki, ölkənin özəl və dövlət sektorunda məhsuldar əsaslı əmək haqqı modelinin tətbiqinə üstünlük verilməsi daha yaxşı olar: 

"Ölkəmizdə də artıq saat hesabı əmək haqqı sisteminə keçilməsi mümkündür. Bunun üçün də qanunvericiliyə müvafiq dəyişikliklər edilməlidir. Eyni zamanda, əmək bazarında, xüsusən də özəl sektorda prosesə nəzarət gücləndirilməlidir. İnkişaf etmiş ölkələrin mütləq əksəriyyətində saatlıq əmək haqqı tətbiq edilir".

Amma ekspert düşünür ki, belə bir yanaşmanın tətbiqi müəyyən mənada gələcəkdə genişlənməkdə olan məsafədən işləmə ilə əlaqədar qiymətləndirmədə çətinliklər yarada bilər:

“Bu zaman müəssisələr tərəfindən sui-istifadə hallarının genişlənməsi də mümkündür. Lakin bu istiqamətdə də müxtəlif çərçivə alətləri var. Onu tətbiq etməklə Azərbaycanda həmin modelin tətbiqi mümkündür. Hökumət saat hesabı əmək haqqı sisteminə keçəcəksə, bu zaman özünün maliyyə imkanları və ölkənin sosial-iqtisadi imkanlarını nəzərə almaqla tarifləri müəyyənləşdirəcək. Nəticədə aylıq tariflərlə saatlıq tariflər arasında ciddi fərqlər ortaya çıxmayacaq”. 

Həmsöhbətimiz qeyd edir ki, Azərbaycanda narahatedici başqa məqam qeyri-iş günlərinin sayının çox olmasıdır:

“Azərbaycan bu yöndə dünyada öndə gedir. İş günləri sayının az olması yekunda iş saatları sayının az olmasına gətirib çıxara bilər. Dolayısı ilə də vətəndaşın illik qazancı əvvəlki dövrlə müqayisədə aşağı düşə bilər. Saat hesabı əmək haqqı sisteminin tətbiqi fonunda bu hallar da nəzərə alınmalıdır”. 

Ramiz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Davos 2025: "Mag 7", kriptovalyuta, süni intellekt və digər önəmli mövzular

Ucuz reklamın qurbanına çevrilənlər

Ucuz reklamın qurbanına çevrilənlər

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

"Tesla"nın süni intellekt dünyasındakı artan rolu - "Optimus", "SpaceX", "xAI"...

Alman nəhəngindən kütləvi ixtisarlar

BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa etdi

Türkiyənin serial biznesi - Yarım milyard dollarlıq gəlir

Xəzərin Azərbaycan hissəsindəki sirli ada - Dünya ondan danışır

Sosial şəbəkələrdə dinləmə cihazları satılır - Cihazları satanları nə gözləyir? (VİDEO)

Öz kriptovalyutasını təqdim etdikdən sonra Trampın artan sərvəti

Sabah yağış yağacaq

Yolda xarab olur, enerjisi bitir: Yeni elektrik avtobuslarının problemi nədir? (VİDEO)

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Çıxarışsız evlərin sığorta problemi necə həll ediləcək? (VİDEO)

Dağlıq rayonlarda qar yağıb - Faktiki hava

Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? (Video)

20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI

GMO-lu qidalara necə nəzarət olunmalıdır?

"TikTok" ABŞ-də fəaliyyətini dayandırıb

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin