Səhiyyə
27.10.2023 / 09:52
Azərbaycanda koronavirusa qarşı bu vaksinin istifadəsi dayandırıldı
35360
Bir müddət öncə “Sputnik V” vaksinini hazırlayan Hamaley adına mərkəzin direktoru Aleksandr Ginzburq sözügedən vaksinin yeni COVID-19 ştammlarından qorumadığını bildirib. Onun sözlərinə görə, “Sputnik V”-nin orijinal variantı ilk iki il ərzində COVID-19-dan qoruyub, lakin yeni ştammların meydana çıxması ilə onun effektivliyi azalmağa başlayıb. Ginzburq həmçinin əlavə edib ki, bu gün “Sputnik V” vaksini ümumiyyətlə COVİD-19-dan qorumur.
Bəs hazırda Azərbaycanda “Sputnik V” peyvəndindən istifadə edilir?
Valyuta.az “Trend”ə istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) hazırda Azərbaycanda “Sputnik V” peyvəndindən istifadə olunmadığı bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay