BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7609
  • RUB
    1.6425
  • TRY
    0.0483
  • GBP
    2.1219
34966

"Düşünmürəm ki, bütün texnologiyalar rüsumdan azad olunmalıdır və bu, çıxış yoludur. Amma hansısa sahə ilə bağlı selektiv və müəyyən zaman müddətində addımlar atıla bilər”.

Bu sözləri Valyuta.az-a iqtisadçı Xalid Kərimli “Azərbaycanda informasiya texnologiyaları gömrük rüsumundan azad oluna bilərmi” sualına cavab verərkən deyib.

Xalid Kərimli bildirib ki, gömrük rüsumlarının üç əsas funksiyası olur: 

"Birincisi, büdcəni doldurmaqdır. İkincisi, daxili bazarın proteksiyası, qorunmasıdır. Azərbaycanda da daxili bazar olmadığına görə informasiya texnologiyaları istehsal edilmir. Ona görə də bu funksiya texnologiyalara nisbətdə doğru deyil. Üçüncüsü isə, istehlakçı və sosial istehlak funksiyasıdır. Bu funksiya ilə istehlakı tənzimləmək də gömrük rüsumları ilə həll olunur”.

Ekspert Azərbaycanda rüsumların yüksək olmadığını düşünür:

"Türkiyə, İranla müqayisədə gömrük rüsumları çox deyil. Bunun da ciddi problem yaratdığını düşünmürəm. Amma məsələyə selektiv yanaşmaq olar. Hamı deyir ki, rüsumlar ləğv olunmalıdır, bəs bu zaman büdcənin gəlir hissəsi necə mədaxil olunsun, dövlət orduya, təhsilə, səhiyyəyə necə pul xərcləsin? Belə baxanda vergiləri ləğv etmək ən yaxşısıdır. Liberal iqtisadiyyat bu cür prosesləri sevmir. Amma dövlət varsa, vergi olmalıdır, dövlət qüdrətlidirsə, vergilər də olmalıdır, çünki hər şey pulun üzərində qurulub".

Xalid Kərimli qeyd edib ki, hökumət bu sahəyə bir az spesifik yanaşmalıdır:

“Dövlət isə düşünür ki, sən ən yüksək funksiyalara malik informasiya texnologiyaları alırsansa, demək pulun var və bu puldan büdcəyə verməlisən. Büdcənin isə yenidən bölüşdürmə, sosial və s. funksiyaları var. Mən bütün texnologiyalara gömrük rüsumu yox, ancaq spesifik yanaşmanın tərəfdarıyam. Texnologiya vacibdir, ərzaq da vacibdir, maşın da vacibdir, bu zaman gömrük rüsumunun tətbiq edilməli sahə də qalmır. Başqa nə qalır? Ona görə bu rüsumlar olmalıdır”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"X"in abunəlik qiymətlərindəki rekord artım: Bazarlara təsiri

Prezident qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı Sərəncam imzaladı

Prezident qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı Sərəncam imzaladı

ABŞ-da dövlət 1 milyon nəfərə 1400 dollar verəcək: Səbəb nədir?

"Şəfa Ocağı TM" məhkəmə qarşısında

Ölkədə tibbi turizmi necə inkişaf etdirmək olar?

Bakı Baş Səhiyyə Mərkəzi 1 milyonluq avadanlıq alır

Bank ölən şəxsin borcunu yaxınlarından tələb edir - Əhali niyə kreditlərini sığortalamır?

Yeni 3 qəpiklərin maya dəyəri 8 qəpiyə yaxındır

Qaz limiti nə vaxt sıfırlanacaq? - Rəsmi AÇIQLAMA

“Azərbaycan Biznesinin İnkişafı Fondunun Nizamnaməsi” təsdiq edilib

Minimum əməkhaqqı və pensiya artırıldı - SƏRƏNCAM

Minimum əməkhaqqı və pensiya artırıldı - SƏRƏNCAM

“PAŞA Sığorta”nın şikayət indeksi durmadan artır - RƏQƏMLƏR

“PAŞA Sığorta”nın şikayət indeksi durmadan artır - RƏQƏMLƏR

Rusiyaya getmək istəyənlərin nəzərinə - Yeni qaydalar qüvvəyə minəcək

“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb®

Gəncə İnnovasiya Mərkəzinin açılacağı vaxt məlum olub

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

Maliyyə bazarında faizlər niyə artır?

“Aqrarkredit” BOKT-un əmlakları satışa çıxarılır

AMB ödəniş xidməti təchizatçıları ilə bağlı tələbləri təsdiqləyib

Hansı şirkətin satdığı benzindən razısınız? - SƏSVERMƏ

Hansı şirkətin satdığı benzindən razısınız? - SƏSVERMƏ

Maliyyə uğurunun sirri açıqlandı - 50 illik araşdırma

İcbari sığortalar üzrə yığımlar kəskin artır

Mərkəzi Bankdan 650 minlik TENDER ELANI

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ixracı 5 milyard dollar azalıb - SİYAHI

Ağdama 18 milyon investisiya - 150 yeni iş yeri yaradılacaq

Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5% artıb

Sumqayıtda İnnovasiya Mərkəzinə "Apple" statusu veriləcək

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi®

Nazirin bacanağına məxsus bankla iki şirkət arasında kredit qalmaqalı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin