BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
34914

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Ağcabədi, Bakı-İmişli, Sumqayıt-Quba şəhərlərarası, Mingəçevir 12 nömrəli şəhərdaxili, paytaxtın 108A və 169 nömrəli şəhərətrafı, 33 nömrəli şəhərdaxili, 567, 592 və 596 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarıb.

Valyuta.az AYNA-nın yaydığı məlumata istinadən xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

- “Bakı-Şabran-Bakı” marşrutu üzrə fiziki şəxs Qasımov Telman Əli oğlu;

- “Bakı-Siyəzən-Bakı” marşrutu üzrə fiziki şəxs Qurbanov Azad Məmmədhüseyn oğlu;

- “Bakı-Ağcabədi-Bakı” marşrutu üzrə fiziki şəxs Soltanov Səbuhi Adil oğlu;

- “Bakı-İmişli-Bakı” marşrutu üzrə iki fiziki şəxs – Mustafayev Bakir Ayaz oğlu və Bayramova Ülviyyə Fəzail qızı;

- Sumqayıt-Quba-Sumqayıt marşrutu üzrə fiziki şəxs – Abbasov Hüseyn Əliabbas oğlu və hüquqi şəxs “Sumqayıt-Nəqliyyat -1” MMC;

- Mingəçevir 12 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutu üzrə fiziki şəxs Mustafayev Pərviz Biləndər oğlu;

- Bakının 108A nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə hüquqi şəxs “BakuBus” MMC;

- Bakının 169 nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə hüquqi şəxs “Bus Trans” MMC;

- Bakının 33 nömrəli şəhərdaxili müntəzəm marşrutu üzrə hüquqi şəxs “BakuBus” MMC;

- 567 nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə hüquqi şəxs “NA Transport” MMC;

- 592 nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə hüquqi şəxs “Xaliq Faiqoğlu” MMC;

- 596 nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə fiziki şəxs Orucov Malik Ələkbər oğlu komissiya üzvləri tərəfindən ən çox bal toplayaraq qalib elan olunublar.

Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim ediləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür

"MIT"in yeni süni arıları - "Euronews"

Zelenski Avropa İttifaqına 70 milyard avro ziyan vura bilər

Sərt iqtisadi siyasətlər və Tramp-Avropa münasibətləri - "Bloomberg"

Trampın andiçməsinə qatılacaq texnologiya milyarderləri - "The Street"

Prezident İlham Əliyev 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib

Davos 2025: "Mag 7", kriptovalyuta, süni intellekt və digər önəmli mövzular

Ucuz reklamın qurbanına çevrilənlər

Ucuz reklamın qurbanına çevrilənlər

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

"Tesla"nın süni intellekt dünyasındakı artan rolu - "Optimus", "SpaceX", "xAI"...

Alman nəhəngindən kütləvi ixtisarlar

BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa etdi

Türkiyənin serial biznesi - Yarım milyard dollarlıq gəlir

Xəzərin Azərbaycan hissəsindəki sirli ada - Dünya ondan danışır

Sosial şəbəkələrdə dinləmə cihazları satılır - Cihazları satanları nə gözləyir? (VİDEO)

Öz kriptovalyutasını təqdim etdikdən sonra Trampın artan sərvəti

Sabah yağış yağacaq

Yolda xarab olur, enerjisi bitir: Yeni elektrik avtobuslarının problemi nədir? (VİDEO)

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Çıxarışsız evlərin sığorta problemi necə həll ediləcək? (VİDEO)

Dağlıq rayonlarda qar yağıb - Faktiki hava

Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? (Video)

20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI

GMO-lu qidalara necə nəzarət olunmalıdır?

"TikTok" ABŞ-də fəaliyyətini dayandırıb

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin