Avto
20.10.2023 / 09:02
"Nvidia" ilə "Foxconn" birgə elektrik avtomobillər hazırlayacaq
34894
Amerikanın texnoloji şirkəti "Nvidia" və Tayvanın "Foxconn" şirkətləri elektriklə işləyən avtomobillər və özü idarə olunan avtomobillər üçün infrastrukturu birgə inkişaf etdirmək niyyətindədirlər.
Valyuta.az xəbər verir ki, "Nvidia" süni intellekt üçün məlumat mərkəzlərinin yaradılmasına cavabdeh olacaq: onlar elektrik avtomobilləri üçün avtopilot sistemlərini hazırlamaq üçün böyük həcmdə məlumatı emal edəcəklər.
"Foxconn" şirkətinin İdarə Heyətinin sədri Liu Yanvey layihənin üçüncü tərəf müştəriləri üçün elektrik avtomobillərinin hazırlanmasını və onların kütləvi istehsalının təşkilini nəzərdə tutduğunu bildirdi.
©Trend
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay