60 min manatlıq yeni "Tesla Model 3"ün satışı başlayır (FOTOLAR)
Çində yenilənmiş "Tesla Model 3" sedanının satışına başlayır. Müştərilər ilk avtomobilləri oktyabrın sonunda alacaqlar.
Valyuta.az xəbər verir ki, bu barədə carnewschina.com məlumat yayıb.
Yenidən tərtib edilmiş avtomobil tamamilə yeni ön hissəyə malikdir, o cümlədən faralar, qanadlar, kapot və bamper yenilənib. Arxya C formalı işıqlar peyda əlavə olunub və emblemin əvəzinə indi sadəcə markanın adı var. Sedanın uzunluğu 4720 mm-dir.
Salonda əlavə ekran peyda olub. O, xüsusi olaraq ikinci sırada olan sərnişinlər üçün arxada quraşdırılıb. Ön paneldə və qapılarda yumşaq əlavələr və kontur işıqlandırma elementləri görünür. Səs izolyasiyası yaxşılaşdırılıb.
Başlanğıc səviyyəli model artıq enerji doldurmadan 606 km məsafə qət edə bilir. Daha güclü versiya - 713 km-ə qədər hərəkət edə biləcək.
Çində yenilənmiş "Tesla Model 3" sedanının qiymətləri 260 min yuandan (təxminən 60 min manat) başlayır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay