Bu halda aviaşirkətlər sizə kompensasiya ödəməlidir
"Bu işdən zərəçəkmiş şəxslər hava limanını məhkəməyə verib dəyən zərəri tələb edə bilər".
Bunu Valyuta.az-a açıqlamasında vəkil Səməd Vəkilov eyni aviabiletin bir neçə şəxsə satılması nəticəsində dəyən ziyanın aradan qaldırılmasından danışarkən deyib.
Ekspert bildirib ki, vətəndaş ona vurulan maddi-mənəvi zərərə görə kompensasiya tələb edə bilər. Səməd Vəkilovun fikrincə, eyni aviabiletin bir neçə şəxsə satılması inandırıcı deyil:
"Çünki bilet satıldıqca elektron sistemdən çıxarılır".
Vəkil Əkrəm Həsənov isə qeyd edib ki, belə hallar yaranarsa, həmin aviaşirkət vətəndaşa kompensasiya ödəməlidir:
"İlk olaraq vətəndaşın pulunu qaytarmalıdır, ona dəyən maddi-mənəvi zərəri ödəməlidir. Vətəndaş gərək maddi zərəri sübut etsin. Mənəvi zərəri vətəndaş özü qiymətləndirib, sonra da tələb etməlidir".
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay