BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9326
  • RUB
    2.04
  • TRY
    0.0447
  • GBP
    2.2282
34825

Biznesə başlamaq istəyənlərin ilk ağlına gələn nə qədər vəsaitin lazım olduğudur. Əksər insanlar bunun üçün çox pulun lazım olacağını düşünsələr də, 1000 manatla, hətta pulsuz biznes qurula biləcəyini ağıllarına gətirmirlər. 

Biznes konsultant Taryel Faziloğlu Valyuta.az-a 1000 manatla qurula biləcək bizneslərdən danışdı: “Əlbəttə, 1000 manat vəsaitlə də biznes qurmaq mümkündür. İnsanlar çox vaxt bunun mümkünsüzlüyünü düşünsə də, əslində hər şeyin onlardan asılı olduğunu bilmirlər. Özlərini qorxudurlar, biznes qurmaq üçün fantastik məbləğlər düşünürlər. Təbii ki, bu sizin qurmaq istədiyiniz biznesdən də asılıdır. Az məbləğ tələb edən bizneslər var. Məsələn, siz 1000 manatla onlayn şəbəkələr vasitəsilə xırdavat əşyalar, bəzək əşyaları və bu qəbildən mallar sata bilərsiniz. Pul qazandıqca yavaş-yavaş bu işi böyüdə bilərsiniz. Amma bu zaman, səbir və yaradıcı fikirlər tələb edir. Sizin yaradıcı ideyalarınız olarsa, bu bizneslə irəliləyə bilərsiniz”.

Mütəxəssis 1000 manatla biznes qurmaqdansa, şəxsi bacarıqları möhkəmləndirməyin tərəfdarıdır: “Mən məsləhət görərdim ki, 1000 manatla şəxsi biznes qurmaq istəyən şəxs bu pulu xüsusi ixtisas, bacarıq, peşə öyrənmək üçün xərcləsin. Məsələn, o vəsaiti hansısa proqramlaşdırma, qrafik dizayner, bunun kimi bir çox internet üzərindən olan və tələbatın çox olduğu sahəni öyrənmək üçün xərcləyə bilər. Həmin bacarıqlarını möhkəmləndirdikdən sonra daha gəlirli işə başlaya bilər”. 

Taryel Faziloğlu nəinki 1000 manatla, hətta pulsuz da biznes qurmağın mümkün olmasından söz açdı: “0 manatla da biznes qurmaq olar, amma bunun üçün insan hansı bacarıqlarının olduğunu bilməlidir. O bacarıqların cəmiyyətdəki hansı ehtiyaclarla üst-üstə düşdüyünü araşdırmalıdır. Bacarıqlarına cəmiyyətdə nə qədər tələbat olduğunu öyrənməlidir. Həmin bacarıqlarını inkişaf etdirərək sıfırdan özü üçün yeni bir iş fürsəti yarada bilər”.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İlk üç ayda noutbuk istehsalı 75% artıb

“Cada Group”un 41 min manat vergi borcu yaranıb

"Google" ucuz "Android" telefonların istehsalına məhdudiyyət qoydu

Analitik Ekspertiza Mərkəzindən bu şirkətə 341 min manatlıq sifariş

Məşhur tütün şirkəti borc içində

ABŞ Avropaya şərt qoydu: Ya biz, ya Çin...

Bu şirkətin 10 000 manat vergi borcu var

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötüb

Bu MKTB-nin 1,9 milyon vergi borcu var

191 min manata mənzil, 120 manata telefon hərraca çıxarılır

Fırıldaqçılar "OpenAI"dan kütləvi spam yaymaq üçün istifadə edirlər

"Farmoni Group"un borcu 200 minə yaxınlaşır

DSMF-nin sədri vəzifəsindən azad edildi

Ən çox maaşı bu sahədə işləyənlər alıb - Siyahı

Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadıldı

"Qərbi Kaspi Universiteti” maliyyə hesabatlarını gecikdirdi - CƏRİMƏLƏNDİ

4 il sonra Azərbaycanda əhalinin gəlirləri 123 milyard olacaq

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Azərbaycanda mənzillər bahalaşdı

Keçmiş deputat yeni vəzifəyə seçildi

Azərbaycan üçün əsginas çap etmiş şirkət ABŞ-a satılır (FOTO)

Gələn il neftin büdcədə qiyməti neçə olacaq? - Nazirlikdən CAVAB

Hərbi təhsil almaq istəyənlərin nəzərinə! - YENİLİK

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Metro tikintisinə görə obyektlər söküləcək? - AÇIQLAMA

Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Səhmdarlar İnvestor Portalı vasitəsilə səs verə bilər

“Mərkəzlərdə evlərin qiyməti fantastikdir” - Millət vəkilindən etiraz

ABŞ-ın aparıcı İT şirkətləri 278 milyard dollar vergidən yayınıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin