“Tıxac problemini həll etməyin bir yolu var” - Ekspert
Hər gün müxtəlif saatlarda Bakı küçələrində tıxacda qalırıq. İnsanlar tez-tez tıxaclarlardan gileylənir. Tıxaca düşməmək üçün vətəndaşlar metroya üstünlük verirlər. O zaman da, metroda insan tıxacı ilə qarşılaşırıq. Bəzən belə fikirlər səsləndirilir ki, avtobomil sayı çoxdur, ona görə tıxacın qarşısını almaq üçün atılan addımlar effektiv olmayacaq.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Valyuta.az-a bildirdi ki, hər gün nəqliyyat vasitələrinə tələb daha da artır, buna görə tıxac da hər gün daha da çox yaşanır: “İqtisadiyyat günü-gündən böyüyür. Əhali sayı da artır. Bu səbəblərdən şəhərdə avtomobillərin sayı artır. Bu da tıxaca səbəb olur”.
Ekspertin sözlərinə görə, tıxacın qarşısının alınması yalnız ictimai nəqliyyata marağın gücləndirilməsi ilə mümkündür: “Hazırda ictimai nəqliyyata tələb çoxdur. Lakin ictimai nəqliyyatla gedən şəxslər tıxacda qalanda, gözlədiyi ictimai nəqliyyat çox gec gələndə və s. məcbur olub şəxsi nəqliyyat vasitəsindən istifadəyə üstünlük verir.
İctimai nəqliyyatın vəziyyəti yaxşılaşsa, o zaman insanlar fərdi avtomobilə yox, ictimai nəqliyyata üstünlük verəcəklər. Avtobus və metro qatarlarının sayını artırmaqla yollarda vəziyyət yaxşılaşa bilər, bu da tıxacı aradan qaldırmağa kömək edər”.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay