Aeroportlar icarəyə verilsin, büdcədən onlara pul ayrılmasın - TƏKLİF
Azərbaycanda region aeroportlarının icarəyə verilməsi təklif edilir.
Valyuta.az xəbər verir ki, bu təkliflə deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi çıxış edib.
O qeyd edib ki, dünyada hava limanlarının çoxu icarəyə verilir.
“Bizim regionlarda yüksək standartlarla aeroportlar tikilib. Problem budur ki, aeroportlarda gündə 1-2 reys olsa, toy-bayramdır. Bu aeroportlar tenderə buraxılmalıdır. Bununla yüzlərlə iş yeri açılacaq. Sualım budur ki, bu günə qədər aeroportların işinə görə yenə büdcədən vəsait ayrılır? Əgər ayrılırsa, problemdir. Dünyada 55% aeroport icarədədir. Türkiyədə, Gürcüstan bir çox aeroportlar icarədədir”, - deyə deputat vurğulayıb.
©Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay