Aqrar
17.10.2023 / 16:46
Alma ixracından gəlirlər 33% artıb
34693
Yanvar-sentyabr aylarında 34 milyon 438,69 min dollar dəyərində 54 min 187,53 ton alma ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 8 milyon 554,61 min dollar (33%), miqdar ifadəsi ilə 14 min 386,13 ton (36,1%) artıb.
Keçən ilin yanvar-sentyabr aylarında xaricə 25 milyon 884,08 min ABŞ dolları dəyərində 39 min 801,40 ton alma ixrac edilmişdi.
Beləliklə bir ton almanın ixrac qiyməti bu il 636 dollar, ötən ilin müvafiq dövründə 650 dollar təşkil edib. Bu göstərici son bir ildə 15 dollar, başqa sözlə 2,3% artıb.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında sementin ümumi ixracda xüsusi çəkisi 0.13%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1.41%-ə bərabər olub.
Keçən ilin yanvar-sentyabr aylarında almanın ümumi ixracda xüsusi çəkisi 0.09%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1.22%-ə bərabər olub.
© FED
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay