Azərbaycanda elektromobillərə artan maraq və tələb - Səbəb nədir?
"Bu gün ölkəmizdə elektromobillərə maraq olduqca böyükdür".
Bu sözləri Valyuta.az-a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Azərbaycan bazarında elektromobillərə olan tələb haqqında danışarkən deyib.
Ekspert bildirib ki, bunun da səbəbləri var:
“Ötən illər ərzində ölkəyə idxal olunan ekoloji təmiz nəqliyyat vasitələri, xüsusən də elektromobillər idxal zamanı bütün rüsumlardan azad edilib. Bu da həm sahibkarlara imkan yaradır ki, belə avtomobilləri ölkəyə gətirsin, həm də ölkə daxilində onların qiymətləri daha əlçatan olsun".
Eldəniz Cəfərov deyib ki, insanların bu maşınlara marağı olsa da, həmin avtomobillərlə bağlı problem var:
"Elektromobillərin hələ çox uzaq məsafə qət edə bilməməsi, şarj olunmasının da bir qədər çox vaxt aparması da vətəndaşları bu avtomobilləri almaqdan çəkindirir. Amma gələcək elektromobillərindi və bu ildən proses başlayıb. Düşünürəm ki, 2024-cü ildə nəqliyyat sistemində elektrikləşmə dövrü olacaq. Ümumiyyətlə hər hansı bir avtomobili alanda vətəndaş ilk növbədə həmin maşının Azərbaycanda rəsmi servisinin olub-olmamasına diqqət yetirməlidir. Həmin avtomobillərin rəsmi və ya qeyri-rəsmi servisi yoxdursa, avtomobillərin usta problemləri yaşanırsa, ehtiyyat hissələri yoxdursa, bu zaman vətəndaş bilməldir ki, müəyyən vaxtdan sonra onlar üçün böyük problemlər yaradacaq. Yəni elektromobil alanda mütləq zəmanətinə diqqət yetirmək lazımdır. Ümumiyyətlə avtomobil alanda Avropa xarakterli avtomobil almaq lazımdır".
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay