Nəqliyyat
16.10.2023 / 20:50
"Hamısı qeydiyyatdan keçməlidir, özbaşınalığa son qoyulmalıdır" - Ekspert
34619
"Taksi şirkətləri qanunun tələblərinə uyğun olaraq qeydiyyatdan keçməli və qanuni fəaliyyət göstərməlidirlər. Özbaşınalığa son qoyulmalıdır".
Bunu Valyuta.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı Azərbaycanda “Avtomobil nəqliyyatı haqqında” qanununa əsasən, taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılmasından danışarkən deyib.
O bildirib ki, qərara əsasən, bütün taksi taksi şirkətləri qarşısına tələb qoyulub:
“Onların hamısı qeydiyyatdan keçməli, taksi operatoru kimi rəsmi faəliyyət göstərməlidirlər. Əks halda 40 min manat cərimə nəzərdə tutulur”.
Elməddin Muradlı qeyd edib ki, qanunun tələblərinə riayyət etməyən şirkətləri 3 min manatdan 40 min manata kimi cərimə gözləyir.
Aylin
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay