Səhiyyə
16.10.2023 / 16:41
Azərbaycana əczaçılıq məhsullarının idxalı artıb, dəyəri isə azalıb
34612
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 448 mln. 887,44 min dollar dəyərində 21 752,59 ton əczaçılıq məhsulları idxal edib.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda bildirilir ki, bu, həcm baxımından 2022-ci ilin 9 ayı ilə müqayisədə 1057,27 ton və ya 5,1% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 25 mln. 987,35 min dollar və ya 5,5% azdır.
Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan 474 mln. 874,79 min dollar dəyərində 20 695,32 ton əczaçılıq məhsulları idxal edib.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında əczaçılıq məhsulları idxalı Azərbaycanın ümumi idxalının 3,6%-ni təşkil edib.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay