"Volvo"nun ilk miniveninin məxfiliyi ləğv edildi (FOTO)
Çin Sənaye Nazirliyi "Volvo"nun ilk miniveninin fotoşəkillərini dərc edib.
Valyuta.az xəbər verir ki, bu barədə "Autohome" portalı məlumat yayıb.
"Volvo EM90" mikroavtobusu Çinin "Zeekr 009" miniveninin ("Zeekr" brendi "Geely Auto" holdinqinə məxsusdur) əsasını təşkil edən SEA platformasında qurulub. Yeni məhsulun uzunluğu 5206 mm-dir ki, bu da "Zeekr"dən 3 mm qısadır. Minivenlərin təkər bazasının uzunluğu eynidir - 3205 mm.
EM90 19-20 düym radiuslu təkərlər və 272 at gücündə elektrik mühərriki alacaq. "Zeekr 009" ümumi gücü 544 at gücünə malik iki mühərriklə və tam ötürücü sistemlə təchiz edilib.
Mikroavtobus 009 modelindən radiator barmaqlığının yerində olan optika və panelin, həmçinin işıqların və ön bamperin dizaynına görə fərqlənir. Modelin ikinci cərgədə iki oturacaqla altı nəfərlik versiyada təklif ediləcəyi məlumdur. "Volvo EM90"ın Çində rəsmi təqdimatı noyabrın 12-nə planlaşdırılır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay