"Mançester Yunayted" neçəyə satılacaq? - Təklif açıqlandı
İngiltərə nəhəngi "Mançester Yunayted"in satılma prosesi son mərhələyə gəlib.
Valyuta.az xəbər verir ki, klubu 25 faiz qarşılığında yeni investor qəbul edir. Premyer Liqa nəhənginin satış prosesi davam edərkən, Şeyx Casimin rəhbərlik etdiyi Qətər konsorsiumu geri çəkildikdən sonra ən güclü namizəd Ser Cim Ratkliffdir. Ratkliffin qarşıdakı dövrdə "Mançester Yunaytedin" səhmlərinin 25 faizini alacağı dəqiqləşib və bu proses üçün geri sayım artıq başlayıb.
"The Times"da çıxan xəbərə görə, rəhbərliyin bu həftə keçirəcəyi idarə heyətinin toplantısında Ratkliff və INEOS şirkətinin klubun səhmlərinin 25%-i üçün 1,3 milyard funt-sterlinqlik təklifi təsdiqləməyə hazırlaşır. Britaniyalı milyarder ən böyük rəqibi Şeyx Casimin təklifinin Qleyzer ailəsi tərəfindən rədd edildikdən sonra "Mançester Yunayted"lə sövdələşməni tamamlamağa hazırlaşır.
Bildirilir ki, bu gediş klubu tamamilə ələ keçirmə prosesində ilk mərhələ kimi görünür. Yeni təklif 5-5,5 milyard funt sterlinq arasında qiymətləndirir ki, bu da tam satın alınacağı təqdirdə bir idman klubu üçün yeni rekord olacaq. Bu məbləğ "Mançester Yunayted"i sivilizasiya tarixinin ən bahalı idman klubu edəcək.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay