BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.9326
  • RUB
    2.04
  • TRY
    0.0447
  • GBP
    2.2282
34568

Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi, investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması və sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında” 1 may 2023-cü il tarixli Fərman imzalayıb.

Valyuta.az xəbər verir ki, Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü il yanvarın 1-dən 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımının ödənilməsi nəzərdə tutulur.

Nazirlər Kabinetinin 2 iyun 2023-cü il tarixli 180 nömrəli Qərarı ilə "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbbi qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası” da təsdiq edilib.

Qaydalara görə, maliyyə yardımının ödənilməsi üçün sahibkarlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmələdirlər. Sahibkarlar qaydaların 1 nömrəli əlavəsinə uyğun formada müvafiq məlumatları, habelə kommunal xidmətlərin dəyərinin ödənilməsini təsdiqləyən sənədləri (rəsmi formada imza və möhürlə tədiq edilmiş bank çıxarışlarını), istehsal fəaliyyətinin göstərildiyi təsərrüfat subyektində kommunal xidmətlərdən istifadəyə dair aidiyyəti dövlət müəssisələri ilə bağlanılmış müqavilələri və bildirişə əlavə edilmiş formada məlumat formasını vergi orqanına təqdim etməklə istehlak olunmuş kommunal xidmətlər üzrə maliyyə yardımının verilməsi ilə bağlı dəstək proqramından yararlana bilərlər.

Maliyyə yardımının ödənilməsi qaydası ilə bağlı ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə etmək mümkündür:

//www.taxes.gov.az/az/page/azerbaycan-respublikasi-nazirler-kabinetinin-qerar-ve-serencamlari

//e-qanun.az/framework/54334

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda "Bağırov" körpüsünü su basdı

Neftimizin qiymətində cüzi azalma qeydə alınıb

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Bakıda kirayə verməklə evin pulunu 20 ilə çıxarmaq olar

Bakıda kirayə verməklə evin pulunu 20 ilə çıxarmaq olar

Bakıda taksi kəskin bahalaşdı

Yol polisi sürücülərə müraciət etdi

Nadir idman avtomobili hərraca çıxarıldı

Avro və rubl manat qarşısında ucuzlaşdı

Avtobuslarla bağlı vəziyyət necədir? - RƏSMİ

“Azər Türk Bank” mənfəətinin yarısını itirib - 4 milyon manatlıq geriləmə

Kriptovalyuta bazarında eniş yaşanır

İflas hələ son deyil - Uğur qazanmaq üçün yeni yoldur - SƏHƏR OXUSU

İflas hələ son deyil - Uğur qazanmaq üçün yeni yoldur - SƏHƏR OXUSU

İlk üç ayda noutbuk istehsalı 75% artıb

“Cada Group”un 41 min manat vergi borcu yaranıb

"Google" ucuz "Android" telefonların istehsalına məhdudiyyət qoydu

Analitik Ekspertiza Mərkəzindən bu şirkətə 341 min manatlıq sifariş

Məşhur tütün şirkəti borc içində

ABŞ Avropaya şərt qoydu: Ya biz, ya Çin...

Bu şirkətin 10 000 manat vergi borcu var

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötüb

Bu MKTB-nin 1,9 milyon vergi borcu var

191 min manata mənzil, 120 manata telefon hərraca çıxarılır

Fırıldaqçılar "OpenAI"dan kütləvi spam yaymaq üçün istifadə edirlər

"Farmoni Group"un borcu 200 minə yaxınlaşır

DSMF-nin sədri vəzifəsindən azad edildi

Ən çox maaşı bu sahədə işləyənlər alıb - Siyahı

Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadıldı

"Qərbi Kaspi Universiteti” maliyyə hesabatlarını gecikdirdi - CƏRİMƏLƏNDİ

4 il sonra Azərbaycanda əhalinin gəlirləri 123 milyard olacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin