"Səhiyyə qurumları işləmir, başları ya korrupsiyaya qarışıb, ya da..." - Aydın Əliyev
Hələ də Azərbaycana qeyri-qanuni idxal olunan, dövlət qeydiyyatından keçməyən dərman, eləcə də qida əlavələri daxil olmaqda davam edir. Hətta onların reklamı belə aparılır, dövlət qeydiyyatından və ekspertizasından keçməyən dərmanların sosial şəbəkələrdə kütləvi satışı həyata keçirilir.
Qeyd edək ki, dərman vasitələrinin dövlət qeydiyyatı, təkrar qeydiyyatdan keçirilməsi və qeydiyyat dosyesində olan dəyişikliklərin qeydiyyatı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən həyata keçirilir. Ekspertizanın keçirilmə qaydaları Nazirlər Kabinetinin 25 dekabr 2020-ci il tarixli 502 nömrəli qərarı ilə tənzimlənir.
Valyuta.az-a açıqlama verən tibb elmləri namizədi Aydın Əliyevin fikrincə, belə vəziyyət ölkədə səhiyyə siyasətinin düzgün təşkil olunmamasından qaynaqlanır:
“Ölkədə qanunlar olsa da, sadəcə kağız üzərindədir, işləmir. Yəqin ki, qeydiyyatdan keçməyən dərmanlar hansısa dairələrin maraqlarına cavab verdiyindən qadağalara baxmayaraq, hələ də ölkəyə gətirilməkdə davam edir. Ölkədə satışına icazə verilən dərman bahadırsa, insan məcbur olub onu ucuz qiymətə başqa ölkədən gətirirsə, bu başa düşüləndir. Amma istifadəsi hansısa zərərli təsirinə görə qadağan olunan dərmanların gətirilməsi yolverilməzdir.
Bu sahəyə nəzarət edən qurumlar işləmir. Başları ya korrupsiyaya qarışıb, ya da işlərinin öhdəsindən gələ bilmirlər. Dövlət büdcəsi hesabına boyu qısa uşaqlara norditropin preparatı verilirdi. Amma iki aya yaxındır ki, bu proses dayandırılıb. Onun bir flakonu 200 manatdır. Ayda 4-5 flakon istifadə edilməlidir. Valideyn onu almaq üçün ayda min manat xərcləməlidir. Büdcənin imkanı olsa da, proses nədənsə dayandırılıb. Oxşar vəziyyət şəkərli diabet xəstələrində də özünü göstərir. Bəzən aylarla bu xəstələrə insulin verilmir”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay