
“Niyə” ilə liderlik etdikdə, rəhbərlik etmək daha asandır – Biznes kitabları
Həm biznes dünyasına daxil olmaq istəyənlər, həm də biznesini genişləndirməyi planlayanlar, sizə yol göstərə biləcək saysız-hesabsız kitablar var. Valyuta.az biznes yolunda sizə yoldaşlıq edəcək 5 biznes kitabı tövsiyə edir.
1. "4 saatlıq iş həftəsi" (The 4-Hour workweek) - Timothy Ferriss
Prinston Universitetində sahibkarlıq mövzusunda verilən bir sıra mühazirələrə əsaslanaraq, Timothy Ferrissin biznes kitabı mahiyyət etibarilə biznesinizi necə canlandırmaq və yeni idarəetmə prinsiplərini həyata keçirmək üçün uyğun vaxtın nə vaxt olması haqqındadır. O, həmçinin sahibkarları daha hərtərəfli iş adamı olmaq üçün 9-5 qəlibindən çıxmağa təşviq edir.
2. "Niyə ilə başla: Böyük liderlər hamını fəaliyyətə ilhamlandırır" (Start with why: How great leaders inspire everyone to take action) - Simon Sinek
Simon Sinek liderləri bizneslərinin niyə mövcud olduğunu, ideyalarının böyük olduğunu və hərəkətlərinin zəruri olduğunu izah etməyə təşviq edən ilhamverici natiqdir. İnsanlar "niyə" ilə liderlik etdikdə, rəhbərlik etmək və ruhlandırmaq daha asandır.
3. "Yüksək effektiv insanların 7 vərdişi: Şəxsi dəyişiklikdə güclü dərslər" (The 7 habits of highly effective people: Powerful lessons in personal change) - Stephen R. Covey
"Yüksək effektiv insanların 7 vərdişi" oxuculara şəxsi və peşəkar həyatlarını uğura doğru nizamlamağa kömək etmək üçün yeddi prinsipi məsləhət görən kitabdır. İlham verən və praktiki olan bu vərdişlər məqsədlərimizi müəyyən etmək, onlara çatmağa diqqət yetirmək və proses boyu müsbət düşüncəni saxlamaq üçün psixoloji əsaslandırmadan istifadə edir.
4. "Sıfırdan birə: Startaplar haqqında qeydlər və ya Gələcəyi necə qurmaq olar" (Zero to one: Notes on Sstartups, or how to bBuild the future) - Peter Thiel
Peter Thiel milyarder “PayPal” və Təsisçilər Fondunun həmtəsisçisidir. “Sıfırdan birə” əsərində o, gələcək sahibkarların ideyalarına nikbin baxışını özündə cəmləşdirərək, oxuculara onsuz da inkişaf etmiş biznes məkanında tərəqqi üçün unikal imkanlar tapmaqda kömək etməyi hədəfləyir.
5. "Yenidən işləmək" (Rework) - Jason Fried və David Heinemeier Hansson
"Yenidən işləmək" ənənəvi biznes məsləhətlərini alaraq və daha sürətli nəticələr üçün daha ağıllı işləməyin yollarını təhlil edərək bazardakı hər hansı digər biznes kitabından fərqlənməyə çalışır. O, standart iş prinsiplərinə yeni rakursdan yanaşır, tipik problemləri vurğulayır və oxuculara bir addım öndə olmağa kömək edir.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay