BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
34381

İstanbulda bir bankın Seçil Erzan adlı şöbə müdiri Türkiyədə oynayan bəzi futbolçulara maliyyə baxımından ağır zərbə vurduğu müəyyənləşib.

Valyuta.az xəbər verir ki, Bank Tənzimləmə və Nəzarət Təşkilatının (BDDK) Erzanla bağlı hazırladığı hesabatda hadisələrin təfərrüatı açıqlanıb. Üç ekspert tərəfindən hazırlanan 42 səhifəlik hesabatda diqqətçəkən detallar yer alıb.

BDDK-nın hesabatına görə Türkiyə millisinin sabiq futbolçusu Arda Turan 14 milyon dollar itirib. Məlumata görə keçmiş futbolçu bu pulları bankdan kənarda Erzana əl ilə çatdırıb. Bank əməkdaşı isə bu pulla digər zərərçəkənlərə faiz ödəyib. Erzan, Arda ilə yanaşı Fernando Muslera və Emre Belözoğlu da daxil olmaqla bir sıra məşhur futbolçulara ümumilikdə 80 milyon dollar (2,3 milyard TL ) pul atıb. Nəticədə fırıldaqçı bank rəsmisi həbs edilib.

BDDK müfəttişləri banka "Ərzanın şikayətçilərlə sıx nağd pul dövriyyəsində olduğu müəyyənləşib. Bu mövzuda şahid varmı?" - deyə sorğu göndərib və aldıqları cavab təəccüb doğurub. Bank cavab məktubunda məsələ ilə bağlı onlara heç bir şikayət daxil olmadığını vurğulayıb. Müfəttişlərin diqqət çəkdiyi digər şübhəli məqam Erzanın yüksək nağd pul əməliyyatları həyata keçirməsi olub. Daha sonra Erzanın Belözoğlundan beş, Musleradan isə bir milyon dollar aldığı üzə çıxıb. Həmçinin onun əlavə faiz vədi ilə futbolçu Semih Kayadan üç milyon 200 min dollar aldığı və bunu beş milyon 700 min dollar olaraq geri qaytardığı müəyyənləşib. Erzanın Kayaya verdiyi əlavəni isə Belözoğlu və Turandan aldığı pulla ödədiyi bildirilib.

Məşhur türkiyəli mütəxəssis Fatih Terimin də Erzan tərəfindən aldadıldığı bildirilsə də bu təsdiqini tapmayıb. Daha doğrusu bank əməkdaşının Terimdən heç bir vəd qarşılığında pul almadığı məlumatda yer alıb. Buna baxmayaraq Erzanın Terimin bank əməliyyatları ilə maraqlandığı və maliyyə məsləhətləri verdiyi qeyd edilib.

BDDK-nın məlumatına görə Muslera Erzana verdiyi pulun 700 min dollarını geri ala bilib.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Müştəriləri itirmədən qiymət artımının 10 qaydası - SƏHƏR OXUSU

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Bitkoin"in 100.000 dollara çatmamış dayanan rallisi - "Cantor" müzakirələri

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin