Avto
12.10.2023 / 17:10
"Toyota Corolla" qlobal bestseller titulunu itirdi
34376
"Toyota Corolla" dünyada ən çox satılan avtomobil titulunu "Tesla Model Y" elektrik avtomobilinə təhvil verib.
Valyuta.az xəbər verir ki, bu barədə “Focus2Move” analitikləri məlumat yayıb.
2023-cü ilin avqustunda "Tesla Model Y" krossoveri 758,6 min elektrik avtomobil satışı ilə qlobal bestseller olub (keçən ilin avqust ayı ilə müqayisədə bu rəqəm +76,7% artıb). İkinci yeri "Toyota Corolla" tutub, onun satışları 3,4% azalaraq 711,8 min ədəd təşkil edib. Üçüncü yeri "Ford F-Series" (595,7 min ədəd; +18,6%) tutub.
Sonrakı yerləri "Toyota RAV4", "Honda CR-V", "Hyundai Tucson" və "Toyota Camry" tutur. Dünyanın ən populyar avtomobillərinin ilk onluğunu "Chevrolet Silverado", "Toyota Hilux" və "Tesla Model 3" tamamlayır.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay