İqtisadçıdan təklif: Tıxaca qarşı pulsuz nəqliyyat?
Zaman-zaman Azərbaycanda iş saatlarının dəyişdirilməsi ilə bağlı istər millət vəkilləri, istərsə də ekspertlər tərəfindən təkliflər irəli sürülüb. Onların fikrincə, iş saatlarının dəyişdirilməsi, tıxac probleminin həllinə səbəb olacaq. Bu əsasda da təkliflər səslənir ki, dövlət strukturlarında iş saatı özəl sektora nisbətən 1-2 saat daha tez başlasın.
İqtisadçı ekspert Fuad İbrahimov Valyuta.az-a açıqlamasında bildirib ki, ictimai nəqliyyat pulsuz olarsa, tıxac problemi də xeyli dərəcədə aradan qaldırılacaq:
"Tıxac problemini həll etmək üçün iş saatlarının dəyişdirilməsi təklifi sağ əllə sol qulağı qaşımağa bənzəyir. Bu təklif tıxac probleminin həllinə gətirib çıxarmayacaq. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə ictimai nəqliyyat pulsuzdur. Ölkəmizdə də şəhərdaxili ictimai nəqliyyat həftənin iş günləri pulsuz olarsa, əhali şəxsi avtomobillərlə hərəkətə üstünlük verməkdən vaz keçərək, ictimai nəqliyyatda gediş-gəlişə üstünlük verəcək ki, nəticədə yollarda şütüyən maşınların sayı da azalacaq. Kapitalizmin elə bir mərhələsindəyik ki, xərclər həddən çox artıb. Bu fonda da heç kim artıq olaraq 5-10 qəpik xərcləmək istəmir. Belə də nəqliyyat pulsuz olarsa və şaxələnərsə, tıxac məsələsi də xeyli dərəcədə azalacaq. Dərhal insanlar taksilərdən imtina edəcəklər. Eyni anda yolda olan avtomobillərin sayı da azalacaq”.
Ekspertin fikrincə, infrastrukturun inkişaf etdirilməsi, ikinci mərtəbə avtoyolların quraşdırılması da tıxac probleminin həllində mühüm rol oynaya bilər.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay