Azərbaycanda benzin istehsalı 19% artıb
Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 347,6 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz artıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 57,7%, neft koksunun istehsalı 27,4%, qazoylların (dizel yanacağının) istehsalı 20%, avtomobil benzininin istehsalı 19,1% artıb, neft bitumen istehsalı 30,7%, mazut istehsalı isə 92,4% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay