Sənaye
12.10.2023 / 11:16
"Şahdəniz" qazının ixracı 8% artıb
34334
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 29 954,4 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1% artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qaz nəqlinin 54,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.
Belə ki, hesabat dövründə bu kəmərlə 16 419 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 8%-lik artım).
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay