EIA: Azərbaycan gündəlik neft hasilatını artırıb
Bu ilin sentyabr ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 530 min barel səviyyəsində olub.
Valyuta.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) aylıq hesabatında bildiirlib.
Hesabata əsasən, bu ilin avqust ayında Azərbaycanda gündəlik neft hasilatı 500 min barel təşkil edib.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 684 min bareldir.
Beləliklə, Azərbaycan sentyabr ayında "OPEC+" çərçivəsində kvotasından 154 min barel geridə qalıb.
Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin avqust ayında Azərbaycanda gündəlik xam neft hasilatı 498 min barel təşkil edib və ölkə bu dövrdə "OPEC+" çərçivəsində kvotasından 186 min barel geridə qalıb.
Qeyd edək ki, razılaşma çərçivəsində “OPEC+” üzvləri 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 2 milyon barel azaldacaq. İyun ayında keçirilən nazirlərin son iclasında alyans 2024-cü ildən gündəlik neft hasilatını sutkada təxminən 1,4 milyon barel azaldacağını bəyan edib.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay