Avto
11.10.2023 / 16:20
Ötən ay Çin elektromobil və hibrid avtomobil ixracını 107 % artırıb
34271
Bu ilin sentyabr ayında Çin elektromobil və hibrid avtomobil ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 107 % artırıb.
Valyuta.az xəbər verir ki, ötən ay Çindən xarici ölkələrə 91 min elektromobil və hibrid avtomobil tədarük olunub.
Bu cür avtomobillərin Çində əsas ixracatçısı “Tesla” olub. Şirkət avtomobilləri Şanxaydakı zavodundan xarici bazarlara göndərir. Belə ki, sentyabrda “Tesla” Çindən 30,5 min elektromobil ixrac edib.
Yerdə qalan həcmin əksər hissəsi isə yerli avtomobil istehsalçıları “BYD” və “SAİC”nin payına düşüb.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay