
11.10.2023 / 11:20
Milyardlarını xeyriyyəçiliyə sərf edən Duty Free qurucusu Çak Fini vəfat edib
34239
“Duty Free Shoppers” şirkətinin yaradıcısı olan və xeyriyyəçiliyə təxminən 8 milyard dollar xərcləyən amerikalı iş adamı Çak Fini 93 yaşında vəfat edib.
Valyuta.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı xeyriyyə fonduna istinadən məlumat yayıb.
Qeyd edilir ki, iş adamı ilk dəfə 1988-ci ildə “Forbes”in ən zəngin amerikalılar siyahısına düşüb. O zaman onun sərvəti 1,3 milyard dollar qiymətləndirilirdi, lakin sonradan məlum oldu ki, Fini kapitalının böyük hissəsini gizli şəkildə xeyriyyə fonduna köçürüb. Ondan gələn vəsait səhiyyəyə, elmi tədqiqatlara və insan hüquqlarının müdafiəsinə yönəldilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay