Sənaye
10.10.2023 / 09:51
OPEC: 2045-ci ildə qlobal enerji balansında kömürün payı əhəmiyyətli dərəcədə azalacaq
34142
Tələbatın azalacağı yeganə əsas yanacaq növü kömür olacaq. 2045-ci il kömürün qlobal gündəlik istehlakı 2022-ci il səviyyəsindən 21,5 milyon barel neft ekvivalenti azalaraq 54,4 milyon barelə enəcək.
Valyuta.az xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) illik hesabatında bildirilib.
Qeyd olunub ki, sənədə əsasən, hesabat dövründə kömürün enerji balansında payı 26,1 faizdən 15,1 faizədək azalacaq.
OPEC-in hesablamalarına görə, enerji balansında kömürün payının azalmasının əsas səbəbləri – qlobal enerji siyasəti və iqlim öhdəlikləri, qaz, nüvə və bərpaolunan enerji kimi alternativ enerji mənbələrinin əlçatanlığının artımıdır.
© Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay