
\"Körpü-Bina-Tikinti\" cərimə olunur
"Körpü-Bina-Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində idarəçilik qaydaları əleyhinə olan (İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
Valyuta.az-ın məlumatına görə, şirkət barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.
İşə İsmayıllı Rayon Məhkəməsində hakim İlqar Hüseynovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Körpü-Bina-Tikinti” MMC (“KBT” MMC ) 2001-ci ildə təsis edilib. MMC-nin qanuni təmsilçisi isə Xaliq Göyüşov Avdil oğludur.
Vüqar
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay