BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9326
  • RUB
    2.04
  • TRY
    0.0447
  • GBP
    2.2282
34117

“Sahibkarlar emal prosesi apardıqları zaman bəzən düzgün uçot mexanizmini aparmadıqları üçün səyyar vergi yoxlanması zamanı müəyyən sanksiyalara məruz qalırlar”.

Bunu vergi məsələləri üzrə ekspert Mahmud Abasquliyev Valyuta.az-a vergi ilə bağlı ən çox sanksiyaya məruz qalan sahələr haqqında danışarkən dedi.

Ekspertin sözlərinə görə, vergidən ən çox maliyyə sanksiyasına məruz qalma emal sahələrində olur. Bunun isə səbəbi var: “Əslində emal prosesi ölkədə vergidən yayınan bir proses deyil. Sadəcə düzgün getməyən əməliyyatlar buna gətirib çıxarır”.

M.Abasquliyev maliyyə sanksiyasına məruz qalmanın hansı formada getdiyini də izah etdi: “Xariclə müqavilə bağlayırıq və ölkəmizə emal məqsədi ilə hansısa xammalları gətiririk. O xammallardan məhsul istehsal etməli və sonra o məhsulu qarşı tərəfə, yaxud onun adından başqa ölkəyə qaytarırsınız. Ölkəyə gələn məhsullar Gömrük Bəyannaməsində müvafiq kodlar vasitəsilə rəsmiləşdirilir. Emal üçün gətirdiyiniz məhsul idxal, yaxud ixrac kimi qeydə alınmır. Emal prosesi üçün gələn xammal kimi qeydə alınır. Buradakı nüans ondan ibarətdir ki, məsələn, sahibkar deyir ki, mən xammalı emal edib hazır məhsul alıram. Tutaq ki, emalın xidmət qiyməti 1 ton üzrə 20 dollardır. 20 dolları o gəlirində qeyd edir, amma uçot mexanizmi tərəfdən səhvə yol verilir. Aldıqları xammalı hazır məhsula çevirən zaman tərkibinə qatılan bəzi məhsulların uçotu getmir. Uçotu getmədiyi üçün o mal anbarda görünür. Mal isə anbarda olmadığı görə avtomatik olaraq maliyyə sanksiyası ilə üzləşirsiniz”.

Ekspertin sözlərinə görə, problemin həlli uçot zamanı xidmətdən gələn gəlirlə xammalın gəlirinin ayrılmasındadır: “Ona görə də, emal prosesində xammal uçotu getməli və hazır məhsulun tərkibinə daxil olan xammalın uçotu aparıldıqdan sonra maya dəyəri formalaşmalıdır. Yəni hazır məhsula çevirən zaman xidmətdən əldə edilən gəlirlə xammalın gəliri ayrılmalıdır. Tutaq ki, emalın xidmət qiyməti 1 ton üzrə 20 dollardır. 20 dolların 5 dolları xammalın xərcidirsə, 5 dollar xammalın gəliridirsə, deməli, 10 dollar xidmətdən gəlir sayılır. Yəni xidmətdən gəlirdə 20 dollar yox, 10 dollar yazmalıyıq. Malın satışından gəliri 5 dollar yazıb, xərcdə də 5 dollar azaltmalıyıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avtobuslarla bağlı vəziyyət necədir?- RƏSMİ

“Azər Türk Bank” mənfəətinin yarısını itirib - 4 milyon manatlıq geriləmə

Kriptovalyuta bazarında eniş yaşanır

İflas hələ son deyil - Uğur qazanmaq üçün yeni yoldur - SƏHƏR OXUSU

İlk üç ayda noutbuk istehsalı 75% artıb

“Cada Group”un 41 min manat vergi borcu yaranıb

"Google" ucuz "Android" telefonların istehsalına məhdudiyyət qoydu

Analitik Ekspertiza Mərkəzindən bu şirkətə 341 min manatlıq sifariş

Məşhur tütün şirkəti borc içində

ABŞ Avropaya şərt qoydu: Ya biz, ya Çin...

Bu şirkətin 10 000 manat vergi borcu var

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötüb

Bu MKTB-nin 1,9 milyon vergi borcu var

191 min manata mənzil, 120 manata telefon hərraca çıxarılır

Fırıldaqçılar "OpenAI"dan kütləvi spam yaymaq üçün istifadə edirlər

"Farmoni Group"un borcu 200 minə yaxınlaşır

DSMF-nin sədri vəzifəsindən azad edildi

Ən çox maaşı bu sahədə işləyənlər alıb - Siyahı

Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadıldı

"Qərbi Kaspi Universiteti” maliyyə hesabatlarını gecikdirdi - CƏRİMƏLƏNDİ

4 il sonra Azərbaycanda əhalinin gəlirləri 123 milyard olacaq

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Azərbaycanda mənzillər bahalaşdı

Keçmiş deputat yeni vəzifəyə seçildi

Azərbaycan üçün əsginas çap etmiş şirkət ABŞ-a satılır (FOTO)

Gələn il neftin büdcədə qiyməti neçə olacaq? - Nazirlikdən CAVAB

Hərbi təhsil almaq istəyənlərin nəzərinə! - YENİLİK

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Metro tikintisinə görə obyektlər söküləcək? - AÇIQLAMA

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin