BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
34070

Azərbaycanın müxtəlif bölgələrində xalis kərə yağı adı altında, saxta yağlar satılır.

Bu yağların 1 kiloqramının qiyməti 4 manat 30 qəpikdir.

Hətta onların daha çox Gəncə və Bərdədən gətirildiyi də deyilir. Hazırda marketlərdə xalis kərə yağının 1 kiloqramına olan qiymət 18-20 manat aralığında satılır. Qiymət fərqinin bu qədər kəskin olmasına baxmayaraq insanlar hələ də 4 manatlıq məhsulu alaraq aldanırlar. İddia edilir ki, ucuz yağlar əsasən heyvan içalatındakı yağlardan hazırlanır. İstehlaka yararsız olan, qiyməti aşağı və əksər vaxtlarda satışa belə çıxarılmayan heyvan içlikləri qatıqla qaynadılaraq “kərə yağı”na çevrilir. Bu da bazarlara "kərə yağı" adı ilə çıxarılır.

Məsələ ilə bağlı mütəxəssisə müraciət etdik. Qida eksperti Ağa Salamov BAKU.WS-ə açıqlamasında bildirib ki, belə yağlar insan orqanizminin, xüsusən də ürək, qan-damar sisteminin 1 nömrəli düşmənidir:

“Belə məhsulların trans yağlardan heç bir fərqi yoxdur. Heyvan içliklərinin maliyyəti olduqca aşağıdır. Məntiqlə də düşündükdə anlamaq olur ki, xalis yağ əldə etmək bu qədər ucuz olmamaldır. Sənayedə heyvan piylərindən istifadə edilmir. Ehtimal olunur ki, bu yağı küstar üsulla əldə edirlər. Belə saxta yağları ilıq suya atdıqda suda toparlanır. Beləcə yağın xalis olub-olmadığı aydın olur”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, proses uzun illərdir ki davam edir - bazarlarda üzərində barmaq izləri olan yağlar “kərə yağı” adı ilə ucuz qiymətə satılır.

Bu məhsulların əldə edilmə üsulu belədir:

"Təzə südü sərəndə ondan qaymaq əmələ gəlir. Daha sonra qaymaq yığılır, altında qalan südə isə “üzsüz süd” deyirlər. Onun 94%-i sudur. Həmin südün üzərinə ucuz bitki yağlarını qarışdırıb qaynadırlar. Nə qədər qaynatsalar da südlə su qarışmır. Bundan sonra onu xüsusi cihaza tökürlər. Bu cihaz süd və su molekkullarını bir-birini nüfuz etdirir. Ortaya yağlı süd çıxır. Həmin süddən qaymaq əldə edilir və “kərə yağı” hazırlanır. Bu yağın bitki tərkibli olub-olmamasını heç laboratoriya da araşdıra bilmir. Çünki tərkibinə baxıldıqda süd turşularına rast gəlinir. Bu cür yağlar ölkənin hər yerində, ən çox da məhəlkə marketlərində satılır". 

Görünən odur ki, ucuz və keyfiyyətli məhsul arayışı bu dəfə də riskli vəziyyətə yol açıb. Nəzərə alsaq ki, yağlı yeməklər milli mətbəximizin vazkeçilməzidir. Üstəlik ölkəmizdə səhər yeməyində kərə yağından geniş istifadə olunur. Bu da təhlükənin miqyasını daha da böyüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin