BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
33993

Azərbaycan internetinin çox gözlənilən və faydalı müsabiqələrindən biri “Milli İnternet Mükafatı” – “MilliNet 2023” üçün layihələrin qəbuluna başlanılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Valyuta.Az-a bildirilib ki, Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən “MilliNet” müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan internetinin və informasiya texnologiyalarının inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, rəqabətli mühit formalaşdırmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək verməkdən ibarətdir.

Bu il müsabiqə yenilikləri ilə fərqlənir. Belə ki, internet resursların qiymətləndirmə meyarları tamamilə yenilənib. Müsabiqəyə təqdim edilən resurslar əvvəlki üç istiqamət (dizayn, kontent və texniki) üzrə deyil, layihənin faydalılığı, əhəmiyyəti və əhatə dairəsi nəzərə alınmaqla qiymətləndiriləcək.

“MilliNet 2023” müsabiqəsi 14 nominasiya - “İlin rəqəmsal hökumət həlli”, “İlin rəqəmsal təhsil resursu”, “İlin rəqəmsal maliyyə həlli”, “İlin e-ticarət həlli”, “İlin rəqəmsal sosial resursu”, “İlin rəqəmsal səhiyyə və sağlamlıq resursu”, “İlin innovativ həlli”, “İlin rəqəmsal oyunu”, “İlin informasiya resursu”, “İlin süni intellekt həlli”, “İlin rəqəmsal mədəniyyət və turizm həlli”, “İlin rəqəmsal biznes həlli”, “İlin rəqəmsal marketinq həlli” və xüsusi nominasiya – “İlin rəqəmsal siması” üzrə keçiriləcək.

İddiaçılar www.millinet.az saytında qeydiyyatdan keçərək öz layihələrini (saytlarını, mobil tətbiqlərini, sosial media resurslarını və s.) təqdim edə bilərlər.

Müsabiqədə qalib gələnlərə ənənəvi “Milli İnternet Mükafatı” – hörümçək toru əks olunan buta, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.

Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı noyabrın 17-də başa çatacaq. Qiymətləndirmə prosesi dekabrın 15-dək davam edəcək. Yekun təqdimat mərasiminin dekabr ayında keçirilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, “MilliNet” saytı tam olaraq yeniləndiyinə görə əvvəllər qeydiyyatdan keçənlərin də yenidən hesab yaratması vacibdir.

İddiaçılar oktyabrın 6-dan www.millinet.az saytında qeydiyyatdan keçərək öz layihələrini (saytlarını, mobil tətbiqlərini, sosial media resurslarını və s.) təqdim edə bilərlər.

“Milli İnternet Mükafatı”na Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

I və IV qrupların cavabları nə vaxt elan olunacaq?

Müəllimlərin sertifikasiyasının keçiriləcəyi imtahan mərkəzlərinin SİYAHISI

Möminə xatun türbəsi restavrasiya olunacaq

Sosial media ulduzları milyonlar qazanır – 2025-ci ilin ən gəlirli yaradıcıları açıqlandı

“WhatsApp”da yeni funksiya işə düşür – Status bölməsinə reklamlar gəlir

8,4 milyon istifadəçinin şəxsi məlumatları haker tərəfindən ələ keçirildi

2025-ci ilin büdcəsinə dəyişikliklər olacaq? (AÇIQLAMA)

Bakı və Abşeronda 4 gün su kəsiləcək - Qəza olub

Azərbaycan bu ölkəyə soğanın kiloqramını 8 manata satıb

Azərbaycan bu ölkəyə soğanın kiloqramını 8 manata satıb

Ağıllı təkərlər yol vəziyyəti barədə məlumat verəcək

Nazir Gəncəyə rəis təyin etdi

Bakıda minlərlə insan şəxsi maşından İMTİNA EDİB

Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA

​Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? - QİYMƏTLƏR

Tərzi ilə modanı dəyişən evsiz Slavikin dəb hekayəsi

İran Birjası fəaliyyətini dayandırıb

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

2025-ci ilin büdcəsinə dəyişikliklər olacaq? - AÇIQLAMA

Bakıda Azərbaycan-İran biznes forumunun keçirilməsi təxirə salınıb

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub, səfirlik və konsulluq fəaliyyətini davam etdirir

Milyarderlər arasında SORĞU - Bu əşyadan imtina edə bilmirlər

Bütün milyonerlərə xas 6 xüsusiyyət

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Bu üzümün hər bir dənəsi 44 manatdan satılır

İranın yeni iqtisadiyyat naziri seçildi

Neft qiymətləri təchizatla bağlı narahatlıqlar fonunda artmaqda davam edir

"Gucci" çətin vəziyyətdədir - Rəhbər dəyişikliyi edəcək

Azərbaycan Gürcüstana birbaşa investisiyaları artırıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin