BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7609
  • RUB
    1.6425
  • TRY
    0.0483
  • GBP
    2.1219
33919

Yaxın aylarda "Apple" "iPad mini 7" və iki yeni "iPad Air" modeli də daxil olmaqla bir neçə markalı planşet buraxmağı planlaşdırır. 

Valyuta.az xəbər verir ki, bu barədə "9to5mac" portalı mənbələrə istinadən məlumat yayıb.

Əvvəllər analitik Minq-Çi Kuo bildirmişdi ki, "Apple" yeni "iPad mini" üzərində işləyir və onun 2023-cü ilin sonu və ya 2024-cü ilin əvvəlində buraxılması gözlənilir. Bu məlumat daha sonra "ShrimpApplePro" insayderi tərəfindən təsdiqlənib. "9to5mac"ın mənbəsinə görə, "Apple" həqiqətən də yaxın gələcəkdə "iPad mini 7"ni buraxmaq niyyətindədir, lakin dəqiq vaxt hələ açıqlanmayıb.

Yeni "iPad mini" öz sələfinin dizaynını saxlayacaq, lakin yeni avadanlıqlarla təmin ediləcək. 2021-ci ilin sentyabrında təqdim edilən hazırkı "iPad mini 6" "iPhone 13"də də istifadə olunan "A15 Bionic" çipi ilə təchiz edilib.

"Apple" həmçinin J126b kod adlı əsas "iPad"i sınaqdan keçirir. Keçən il "iPad Air" dizaynı və USB-C portu olan, lakin "A14 Bionic" çipi ilə 10-cu nəsil "iPad" təqdim edilib. Göründüyü kimi, yeni məhsul mövcud dizaynı saxlayaraq, performans baxımından təkmilləşdirmələr alacaq.

Şirkət həmçinin J507/J508 və J537/J538 kod adlı "iPad Air 6"nın iki yeni versiyasını sınaqdan keçirir. Eyni xəttin iki modeli üzərində eyni anda işləmək "Apple"ın əsas və daha böyük ekranlı "iPad Air" və ya standart, həmçinin daha güclü versiyanı buraxmaq üçün mümkün planlarını göstərə bilər. 

Bundan əlavə, "Apple" şirkəti M3 çipi ilə flaqman "iPad Pro"nu buraxmağı planlaşdırır. Planşetin versiyaları Wi-Fi və mobil dəstəyi olan 11 düymlük modellər üçün J717 və J718, daha böyük ekran ölçüsü olan modellər üçün isə J720 və J721 kimi təyin edilib.

Nəhayət, "Apple" "iPad" üçün planşeti daha çox noutbuka bənzəyən yeni "Magic Keyboard" hazırlayır. Dizayn alüminiumdan hazırlanacaq və trekpad daha böyük olacaq. R219 kod adlı yeni klaviatura (indiki versiya R1x adlanır) akselerometr də daxil olmaqla yeni sensorlarla təchiz ediləcək.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Prezident qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı Sərəncam imzaladı

Prezident qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı Sərəncam imzaladı

ABŞ-da dövlət 1 milyon nəfərə 1400 dollar verəcək: Səbəb nədir?

"Şəfa Ocağı TM" məhkəmə qarşısında

Ölkədə tibbi turizmi necə inkişaf etdirmək olar?

Bakı Baş Səhiyyə Mərkəzi 1 milyonluq avadanlıq alır

Bank ölən şəxsin borcunu yaxınlarından tələb edir - Əhali niyə kreditlərini sığortalamır?

Yeni 3 qəpiklərin maya dəyəri 8 qəpiyə yaxındır

Qaz limiti nə vaxt sıfırlanacaq? - Rəsmi AÇIQLAMA

“Azərbaycan Biznesinin İnkişafı Fondunun Nizamnaməsi” təsdiq edilib

Minimum əməkhaqqı və pensiya artırıldı - SƏRƏNCAM

Minimum əməkhaqqı və pensiya artırıldı - SƏRƏNCAM

“PAŞA Sığorta”nın şikayət indeksi durmadan artır - RƏQƏMLƏR

“PAŞA Sığorta”nın şikayət indeksi durmadan artır - RƏQƏMLƏR

Rusiyaya getmək istəyənlərin nəzərinə - Yeni qaydalar qüvvəyə minəcək

“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb®

Gəncə İnnovasiya Mərkəzinin açılacağı vaxt məlum olub

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

Maliyyə bazarında faizlər niyə artır?

“Aqrarkredit” BOKT-un əmlakları satışa çıxarılır

AMB ödəniş xidməti təchizatçıları ilə bağlı tələbləri təsdiqləyib

Hansı şirkətin satdığı benzindən razısınız? - SƏSVERMƏ

Hansı şirkətin satdığı benzindən razısınız? - SƏSVERMƏ

Maliyyə uğurunun sirri açıqlandı - 50 illik araşdırma

İcbari sığortalar üzrə yığımlar kəskin artır

Mərkəzi Bankdan 650 minlik TENDER ELANI

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ixracı 5 milyard dollar azalıb - SİYAHI

Ağdama 18 milyon investisiya - 150 yeni iş yeri yaradılacaq

Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5% artıb

Sumqayıtda İnnovasiya Mərkəzinə "Apple" statusu veriləcək

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi®

Nazirin bacanağına məxsus bankla iki şirkət arasında kredit qalmaqalı

"Honda" və "Nissan" şirkətlərinin birləşmə tarixi açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin