"Hazırda müəllimlərin orta aylıq əmək haqqısı 830 manatdır" – Ekspert
Müəllimin orta aylıq əmək haqqı ölkədəki orta aylıq əmək haqqından aşağıdır.
Həkimindən hakiminə, polisində prokuroruna, mühəndisindən iqtisadçısına qədər bütün peşə sahiblərinin minnətdar olduğu bir peşə sahibi var, o da müəllimdir.
Amma müəllimlərin orta aylıq əmək haqqı 2023-cü ilin sentyabr ayında olan məlumata görə 830 manat təşkil edib. 2023-cü ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı isə 917 manat olub.
Aydın məsələdir ki, müəllim əməyinin qiyməti nə bir dəstə güllə, nə hansısa hədiyyələrlə, nə də 900-1000 manat əmək haqqı ilə verilə bilməz.
Müəllimin qiyməti onun yaratdığı dəyərdədir. Bu dəyər isə bizim savadımız, şəxsiyyətimiz, etikamız və cəmiyyətdəki rolumuzdur. Hamımız öz-özümüzü savadlı, şəxsiyyətli, etikalı və cəmiyyətə rol sahibi hesab ediriksə, deməli, müəllimimiz qiyməti bizim bütün bu komponentlərimiz cəminə bərabərdir.
Odur ki, biz hansısa əmək haqqı məbləği ilə müəllim əməyini qiymətləndirə bilmərik. Amma heç olmasa müəllim rəqəmlərə baxanda görməməlidir ki, onun orta aylıq əmək haqqı, ölkədəki orta aylıq əmək haqqından aşağıdır.
Böyük ümidlərlə gözləyirəm ki, müəllimlərin əmək haqqının yüksəlməsinə imkan verən sertifikasiya prosesləri bütün istiqamətlər üzrə maksimal sürətlə tamamlanacaq və ən qısa müddətdə müəllimlər təkcə sözdə deyil, aldıqları əmək haqqında da orta statistik səviyyədən yuxarıda olacaqlar.
İqtisadçı Eldəniz Əmirov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay