"Minimum istehlak səbəti Milli Məclisdə müzakirəyə çıxarılmalıdır" - Ekspert
“Yaxın vaxtlarda minimum istehlak səbəti ilə bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarılmalıdır”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov deyib. Onun sözlərinə görə, minimum istehlak səbəti müasir dövrün reallığını əks etdirən bölmələrlə doldurulmalıdır:
“Bu gün istehlak səbəti müasir dövrün tələblərinə cavab vermir. Bugünkü səbətdə təhsillə bağlı heç nə göstərilmir. İndiki səbətin əsası SSRİ dövründə qoyulub. Həmin vaxt təhsil ödənişsiz olub. Bu gün isə orta və ali məktəblərdə pullu təhsillər var. Reallıqdan uzaqlaşmaq olmaz. Təhsil sistemində 11 illik məktəblərdə uşaq məktəbdən gələn kimi yenidən fənn hazırlığına gedir. Belə bir möcüzəli sistem yaranıb, uşaq daim vaxtı itirir. Bu anormal haldır. Səbətdə qeyri-ərzaq malları bölümündə məktəb və ləvazimatların alınması ilə bağlı bənd var. Amma bu gün söhbət tək ləvazimatlardan getmir, eyni zamanda ödənişli təhsildən də getməlidir”.
Səhiyyə bölümünə gəlincə, ekspert bu sahənin az da olsa, səhmana salındığını qeyd edib:
“O da icbari tibbi sığortanın tətbiq olunması ilə bağlıdır. Bu proses uğurla davam edir”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay