BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
33818

Öz məhsulunu ölkə xaricinə çıxarmaq istəyən sahibkarlar çoxdur. Onlar daha çox qonşu ölkələrə baxırlar. Lakin böyük ölkələrin bazarlarında da məhsulunu satmaq istəyində olanlar az deyil. Məsələn, ABŞ bazarı böyükdür və ora çıxmaq sahibkar üçün yaxşı ola bilər. Bəs hansı məhsullara ABŞ bazarında tələb var? Azərbaycan məhsulları bu bazarda rəqabətə davamlı olurmu?

ABŞ bazarı üzrə konsultant Ramin Musayev Valyuta.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda olan bəzi məhsullar Amerika bazarında rəqabətə davam gətirə bilər: “Çünki Çin məhsullarının Amerikaya idxalına çox məhdudiyyətlər qoyulur. Ona görə də, Azərbaycan məhsulları orada öz yerini tapa bilər. Amerika bazarı çox böyükdür. Buradan nə qədər məhsul ixrac etsən də, Amerika üçün xırda bir həcm olacaq. Mebel, quru meyvə, orqanik məhsullar, əl işləri və sair ixrac edə bilərik”.

Bəs ABŞ bazarına necə daxil olacağıq? Ramin Musayev Amerikaya məhsul ixrac etməyin yollarından da danışdı: “Bizim məqsədimiz də “Made in Azerbaijan” məhsullarını Amerika bazarına çıxarmaqdır. Onların qablaşdırılması, sertifikatlaşdırılması, oradakı istehsalçı üçün bank hesabı, şirkət təşkil edirik. Bunun üçün ilk olaraq biz Amerikaya ixrac edilməsi planlanan məhsulu “Amazon”, “E-bay”, “Walmart” kimi onlayn marketlərə çıxarırıq. Orada reytinq hazırlayandan sonra biz buradakı məhsulları Amerikaya uyğunlaşdırırıq.  Maraq olarsa, digər idxalçılarla da müqavilə bağlayıb məhsulları sata bilirik”.

Həmsöhbətimiz amerikalıların xasiyyətinin məhsulunu satmaq istəyənlər üçün əlverişli olduğunu da əlavə etdi: “Amerikalılar azərbaycanlılardan fərqli olaraq endirim istəmirlər. Yəni ki, kimə nə lazımdırsa, onu “Amazon”, “E-bay”, “Walmart” və ya hansısa mağazadan alır. Orada bizdəki kimi ucuz qiymət axtarmırlar. Əhalinin alış qabiliyyəti dəfələrlə yüksəkdir. Onların ənənələrinə görə, pul qazanırsansa, onu xərcləməlisən”.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin