"Chery" 5 yeni avtomobil təqdim edəcək
"Chery" oktyabrın 5-də Qətərdə açılacaq Cenevrə Beynəlxalq Avtomobil Sərgisində beş yeni məhsulunu təqdim edəcək.
Valyuta.az xəbər verir ki, bu barədə Çin avtomobil istehsalçısının mətbuat xidməti məlumat yayıb.
Sərgidə "Chery" hibrid avtomobillər üçün qlobal "Power 4.0" arxitekturasını, həmçinin üç pilləli DHT ikili muftalı transmissiyaya malik iki yeni hibrid modelini təqdim edəcək.
Bundan əlavə, Çin avtomobil istehsalçısı Qətərdə yenilənmiş dizayna və dəyişdirilmiş interyerə malik "7 Pro Max" və "8 Pro Max" krossoverlərini, yeni versiyada isə biznes sinif "Arrizo-8" sedanını nümayiş etdirəcək.
"Reuters"in məlumatına görə, Chery Qərbi Avropada özünün üç brendinin krossoverlərinin satışına başlamağı planlaşdırır: "Omoda", "Jaecoo" və "Exlantix".
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay