Tətillər qarşısında çarəsiz qalan “Ford” UAW-a yeni təklif göndərəcək
"Ford Motor Co." şirkətin "ən güclü" adlandırdığı Birləşmiş Avtomobil İşçiləri (UAW) həmkarlar ittifaqına yeni bir təklif göndərib.
Valyuta.az xəbər verir ki, avtomobil istehsalçısı maaş təklifi ilə bağlı konkret məlumat verməyib. Bununla belə, o, təklif etdiyi artım nəticəsində UAW tərəfindən təmsil olunan “Ford” işçilərinin ABŞ şirkətlərinin ən yüksək maaş alan 25%-i arasında olacağını söyləyib.
Avtomobil istehsalçısı bildirib ki, təklif “Ford” üçün "bahalı" olacaq, lakin şirkətin investisiya və böyümə qabiliyyətini qoruyacaq.
"Şirkət gələcək elektrikli avtomobil akkumulyator zavodları ilə bağlı UAW ilə danışıqlara açıq qalır, lakin bu, rəqabətədavamlı olmalı olan çox milyard dollarlıq investisiyadır", - “Ford”dan bildirilib.
Daha əvvəl "Ford”un baş direktoru Jim Farli bildirmişdi ki, şirkətin UAW ilə danışıqlarında əngəl törədən şirkətin gələcək akkumulyator zavodları ilə bağlı fikir ayrılıqlarıdır.
"Biz artıq açıq şəkildə bildirdik ki, işçilərimizdən heç biri akkumulyator zavodlarımızda işini itirməyəcək", - “Ford” bildirib.
"General Motors Co."nun obyektlərində tətil iştirakçılarının ümumi sayı təxminən 25 mindir.
Xatırladaq ki, sentyabrın 15-də hər üç avtomobil istehsalçısının müəssisələrində tətil başlayıb. Birinci mərhələdə bu, Miçiqandakı “Ford” zavoduna, Missuridəki GM zavoduna və Ohayo ştatındakı Stellantisə təsir edib. Sonradan o, ABŞ-ın 20 ştatında 38 GM və "Stellantis" paylama mərkəzinə qədər genişləndirilib və keçən cümə günü “Ford”un Çikaqo montaj zavodu və GM-in Miçiqan zavodunun işçiləri də qoşulub.
GM çərşənbə axşamı bildirib ki, tətillərdən təsirlənən fabrikləri komponentlərlə təchiz edən Ohayo zavodunda daha 163 işçini ixtisar edəcək.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay