Sığorta
04.10.2023 / 10:00
"Atəşgah Həyat"ın rəhbərliyinə yeni təyinatlar olub
33725
"Atəşgah Həyat" sığorta şirkətinin rəhbərliyinə yeni təyinatlar olub.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, sığorta şirkətinin baş direktorları Şəfəq Həsənova və Ayla Mustafayeva İdarə Heyətinə (İH) üzv seçilib.
Yeni təyinatla sığorta şirkətinin idarə heyətinin tərkibi 5 nəfərə çatıb. Sığorta şirkətinin İH-nin sədri hazırda Azər Əliyev, sədr müavini Orxan Şirinli, İH-nin digər üzvü isə Xəqani Baxşəliyevdir.
Xatırladaq ki, “Atəşgah Həyat Sığorta” 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6.5 milyon manatdır. Şirkətin səhmləri 100% “Ran-Exim” MMC-yə məxsusdur.
Mahir
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay