"İnsanlar tələbatı tənzimləmək üçün öz tələblərini azaltmalıdır” - Ailə büdcəsini necə formalaşdıraq?
“İnsanların tələbatı gəlirlərindən daha çox artır”.
Bu sözləri Valyuta.az-a iqtisadçı Eldəniz Əmirov “insanlar ailə büdcəsini formalaşdırmaq üçün necə qənaət etməldir” sualına cavab verərkən deyib.
Ekspert bildirib ki, 50 il əvvəl insan yalnız bir cüt ayaqqabı, bir cüt geyimlə, təmiz qida məhsulu ilə kifayətlənirdisə, sonra bütün bunların sayı artmağa başladı:
"Bu, tək Azərbaycanda deyil, bütün dünyada belədir. Cəmiyyətlər belə formalaşır. Yəni tələblər getdikcə artır".
Eldəniz Əmirov bildirib ki, iqtisadiyyatın əsas qanunlarından biri gəlirlər artanda tələbin avtomatik artmasıdır:
"Müəyyən böhran vəziyyətində, çatışmazlıqda insanlar gərək tələbatı tənzimləyə, öz tələblərini azalda bilsin. Gəlirlər nə qədər artarsa, tələb ondan daha çox artır. Bu gün qazandığımızı yeməyimizə təkcə ona görə xərcləyə bilmirik ki, kənar xərclərimiz çoxdur. Çox qəribədir ki, insanlar qidadan kəsir, amma geyim və telefonlarından kəsmirlər. Çox uzağa getməyək, 20 il əvvəl evlərdə hansı qiymətə televizorlar var idi, indi hansı?! Elə digər texniki ev əşyaları kimi, istər paltaryuyan, istər tozsoran, qabyuyan və digər avadanlıqlar...".
İqtisadçı düşünür ki, insanların tələblərinin artması, əslində normaldır:
“Sadəcə problem ondadır ki, tələb gəlirdən daha çox artır. Buna görə də həmişə sıxıntı olur".
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar-avqust aylarında ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-avqust aylarlı ilə müqayisədə 3,7 faiz artaraq 20372,8 milyon manat olub. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artaraq 11262,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,2 faiz artaraq 9110,4 milyon manata bərabər olub.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay